Azərbaycan Tokio-2020-yə 16-cı lisenziyanı qazandı
Tarix: 19-03-2021 | Saat: 08:06
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / Foto-fakt | çapa göndər

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.
"Xeberaz.Az" xəbər verir ki, milli komandamıza növbəti vəsiqəni sərbəst güləşçi Hacı Əliyev qazandırıb.
30 yaşlı üçqat dünya çempionu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 65 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda Maksim Sakultandan (Moldova) üstün olub. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əliyev təsnifat yarışında həlledici görüşə də vəsiqəyə yiyələnib.
Qeyd edək ki, bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 16-ya çatıb. Əliyevdən öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadniklə (50 kq) Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.
Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
558 dəfə oxunub.
Digər xəbərlər

17-01-2021, 16:16
Tərxis edilən 1953 nəfərin müraciəti qeydə alınıb - VİDEO
25-03-2017, 20:32
"Kurtlar vadisinin" aktiyorları Azərbaycanda - VİDEO
4-12-2018, 22:44
Müğənni Nüşabə Musayevanın ailəsində ağır itgi...
17-02-2016, 11:21
Çempionlar Liqasında 1/8 finalın ilk oyunları – NƏTİCƏLƏR (VİDEO)
2-10-2017, 10:36
Kataloniyada müstəqillik tərəfdarları qalib gəldi
14-07-2020, 19:03
Neçə gündü ürəyim tir-tir əsir, səfərbəylik çağırışını gözləyirəm.
9-01-2019, 12:14
Bakıda gözəllik salonunda qadın keçmiş əri tərəfindən bıçaqlandı
10-05-2020, 14:53
Prezident və birinci xanım ağac əkdi
6-09-2016, 23:47
Övladlarımızın həyatını necə məhv edirmişik?!
29-10-2016, 15:40
"Bir ildə pambıq ixracından Azərbaycan 29 milyon dollar qazanıb"