Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərini öldürən qadın barədə həbs qərarı verildi
Tarix: 15-03-2021 | Saat: 14:51
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Ərini öldürən qadın barədə həbs qərarı verildi



Bakıda ərini öldürməkdə ittiham edilən 41 yaşlı Günay Şıxəliyeva barəsində məhkəmə qərarı verilib.
"Xeberaz.Az" -ın verdiyi xəbərə görə, istintaq orqanının təqdimatı ilə Suraxanı rayon məhkəməsi G.Şıxəliyeva barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
O, istintaq təcridxanasına köçürülüb. G.Şıxəliyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir.
Rəsmi açıqlamaya görə, martın 7-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 1980-ci il təvəllüdlü Günay Şıxəliyeva əri, 1976-cı il təvəllüdlü Mahir Şıxəliyevi yaşadığı evdə yatmış vəziyyətdə dəmir linglə başından vuraraq öldürüb.
Ailəni tanıyan şəxslər və qonşuların iddiasına görə, alkoqol aludəçisi olan Mahir Şıxəliyev dəfələrlə həyat yoldaşını döyüb. Uzun müddətli döyülmələrə görə Şıxəliyevanın bədən orqanları ciddi zərər görüb, qabırğaları sınıb.
Cinayət faktı ictimailəşəndən sonra şiddətə məruz qalan qadına qarşı sosial şəbəkələrdə müxtəlif səviyyələrdə anlayış ifadə olunur. Qətli özünümüdafiə zəminində törətdiyinə görə qadın barəsində yüngülləşdirici hökm verilməsinə və hətta bəraət almasına çağırışlar da edilir.


Xəbəri paylaş

3558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___