Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əsl erməni siması: "Rusiya düşməndir, ruslar faşistlərdir" - VİDEO
Tarix: 15-03-2021 | Saat: 10:32
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Aktual | çapa göndər

#VİDEO#RUSİYA#ERMƏNİSTAN

Rusiya bizə düşməndir. Biz Rusiyanın, rusların, Kremlin faşizminə qarşıyıq. Onlar ölkəmizi işğal ediblər.
Amerikalı müstəqil jurnalist Patrik Lankaster Ermənistanın paytaxtı İrəvanda erməni müxalifətinin etiraz aksiyalarını izləməkdə davam edir. Şəhərin mərkəzindəki Baqramyan prospektində müxalifətin növbəti yürüşünə qatılan P.Lankaster yenə də təəccüblənib.
Belə ki, Ermənistanı və erməniləri Rusiyanın sadiq, etibarlı müttəfiqi və dostu hesab edən amerikalı jurnalist Rusiyaya nifrət izharlarını eşidib.
"Rusiya bizi öz quberniyası hesab edir. Bunu istəmirik! Biz Qərblə əlaqələri istəyirik! Nikol Paşinyan isə xəyanətkardır", - nümayişçi deyib.
Digər müxalifətçi isə sabiq Sovetlər Birliyinə dönüşü istəmədiklərini söyləyib.

"Yenidən həbsxanaya qayıtmaq istəmirik. Rusiyadan asılı yaşamaq istəmirik. Öz milli siyasətimizi yürütmək, müstəqil olmaq istəyirik. 3 min il yaşı var Ermənistanın. Avropaya, sivilizasiyaya qatılmaq istəyirik. Rusiya bizə yardım etdiyini deyir. Bu, yardım yox, işğaldır. Qarabağ müharibəsində də Rusiya bizə kömək olmadı. Ümumiyyətlə, Rusiya indiyədək kimə kömək edib ki?! Müharibə də bitməyib. Üç min ildir vuruşuruq", - üçüncü erməni müxalifətçi deyib.



Xəbəri paylaş

3958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___