Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Blinkenin Paşinyana ilk zəngi: Amerika nə demək istəyir? - GƏLİŞMƏ
Tarix: 14-03-2021 | Saat: 20:49
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Aktual | çapa göndər

Ötən həftə ABŞ-ın dövlət katibi Endrü Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu danışıqda Ermənistanda daxili vəziyyətin, Qarabağ mövzusunun müzakirə edildiyi bildirilir.
Bu, Blinkenin Nikola ilk zəngidir. Lakin ABŞ-ın baş diplomatı hələ də Azərbaycan Prezidentinə telefon açmayıb. Bu da haqlı olaraq, bəzi suallar doğurur. Bəs Vaşinqtonun İrəvana bu reveransının pərdəarxasında nə dayanır?

AĞ Partiya başqanı Tural Abbaslı bu zəngin pərdəarxası məqamlarına toxundu: “Qarabağ məsələsində ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsi Azərbaycana qarşı qərəzli mövqedə idi. Dolayısı ilə açıq və gizli şəkildə Ermənistanın mövqelərini qoruyurdular. Qarabağ məsələsində demək olar ki, bu üç ölkə sinxron hərəkət edirdi. II Qarabağ savaşında da Amerika və Fransanın, Rusiyanın belə dəstəyinin Ermənistan tərəfində olduğunu gördük. Hətta müharibədən sonra belə Ermənistanın xeyrinə verilən bəyanatlar gördük. Bir sözlə, bir işğalçının mövqeyinin bu ölkələr tərəfindən müdafiə edildiyinin şahidi olduq. Bu telefon zəngini də bunun davamı kimi qəbul etmək olar. Bizdə bəzi xəyalpərəstlər var idi. Onlar deyirdilər ki, Amerikada demokratlar hakimiyyətə gələndə fərqli olacaq, demokratiya təcəlli edəcək, Azərbaycanın haqlı mövqeyi dəstəklənəcək. İndi onlara demək istəyirəm ki, vəziyyətə baxın. Amerika kimi ölkələrdə partiyalar gələr-gedər, amma dövlət siyasəti sabit qalar. Bunu dəyişməyin yeganə yolu Azərbaycan hakimiyyətinin və Xarici İşlər Nazirliyinin bu istiqamətdə ardıcıl və məqsədyönlü işləməsidir. Bundan başqa yol yoxdur. Amerika insafa gələcək, haqq ədalət carçısı olacaq kimi bir şeylər yoxdur.

Bu gün Ermənistan uğrunda sözün həqiqi mənasında müharibə gedir. II Qarabağ savaşından öncə Ermənistan Avropanın qucağına sığınmışdı, bu işə də Makron rəhbərlik edirdi. Bütün məsələləri erməni iqtidarı onunla məsləhətləşirdi. Müharibənin ilk günlərində də məlum oldu ki, Paşinyan Putinə deyil, Makrona zəng edib. Amma müharibənin gedişində Paşinyan da, erməni xalqı da gördü ki, Amerika və digər bəzi Avropa ölkələrinin dəstəyi bəyanatdan o tərəfə keçmir. Rusiyanın daha real dəstək verə biləcəyi də məlum oldu. Nəticədə isti qucağa, Rusiya rəhbərliyinin qucağına qayıtdılar. Bilirsiniz ki, hazırda Ermənistanda qeyri-sabitlik hökm sürür. Bir tərəfdən hərbiçilərin bəyanatları var, digər tərəfdən Rusiya və Amerika, Qərb meylli qüvvələrin Paşinyana qarşı üsyanı var. Başqa bir tərəfdən də Kreml tərəfindən dəstəklənən Paşinyan var. Belə bir məqamda Amerika çalışır ki, Ermənistan üzərindən varlığını davam etdirsin. Bununla Qafqazda bir növ varlığını hiss etdirmək istəyir. Bir mənada Ermənistan uğrunda Rusiya ilə savaşa giriblər. Kim Ermənistana sahiblənəcək savaşı gedir. Azərbaycan kimi hər cəhətdən Ermənistandan üstün olan bir ölkə ilə deyil, dalana dirənmiş, iqtisadiyyatı iflic durumda olan Ermənistanın baş naziri ilə telefon danışığı onu göstərir ki, nələrsə düşünmək olar. Amma düşünmürəm ki, bu zənglər Ermənistanı xilas edə bilər. Çünki bu ölkə özünü elə dalana soxub ki, oradan çıxması çətindir. Rusiya da təbii ki, boş oturmayacaq. Bu zəngin hesabını Paşinyan soruşacaq. Danışıqda nələrdən söhbət getdiyini bilmirik. Amma hər halda Azərbaycan gələcəkdə Amerika ilə münasibətlərdə bu nüansı xatırlamalıdır. Amerikan diplomatlarına bu zəng xatırladılmalıdır".

Siyasi şərhçi Yeganə Hacıyeva: “Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Endrü Blinken arasındakı telefon danışığı Ermənistan-Amerika münasibətlərinin səviyyəsində müəyyən bir enmə olmasına dəlalət edir. Məsələ ondadır ki, ABŞ-ın xarici siyasət məsələlərinə cavabdeh rəsmisi Endrü Blinken Ermənistanla münasibətləri analoji dövlət qurumunun rəsmisi ilə müzakirə etməsi gözlənilən idi. İkinci bir məqam ABŞ dövlət departamenti Endrü Blinkenin Ermənistan baş naziri ilə müzakirələri haqqında press relizini qanunun aliliyinə, demokratik qurumlara hörmət göstərməyin vacibliyini vurğulanması kimi xüsusi qeydlə paylaşılıb. Bu qeyd əslində ABŞ dövlət katibi Endrü Blinkenin niyə məhz Nikol Paşınyanla təmas qurmasını izah edir. Telefon danışıqlarının digər detalları daha maraqlıdır, ABŞ dövlət katibi Endrü Blinken ölkəsinin Ermənistanda demokratik proseslərin və təsisatların inkişafına dəstəyini ifadə etməklə Ermənistanda ”ABŞ dəyərlərinin inkişafı üçün" yardımların təyinatı haqqında da söz açıb. Telefon danışığından bir neçə gün öncə ABŞ Dövlət Departamenti bu istiqamətdə İrəvandakı səfirliyi tərəfindən nəzarət ediləcək təşəbbüsün həyata keçirilməsi üçün 150.000 ABŞ dollarına qədər vəsait ayrılmışdır. Bu vəsaitın ayrılması “ Amerika dəyərləri və ya ABŞ siyasəti və ona baxışların dəstəklənməsi və daha dərindən anlamağa kömək edəcək ixtisaslaşmış Amerika mütəxəssisləri, təşkilatları və qurumları ilə əlaqəni ehtiva etməlidir ” qeydi ilə bu tip layihələrə nəzərdə tutur. Onu qeyd edim ki, bu layihələr Dövlət Departamenti potensial qrant alanların ABŞ və Ermənistanın ortaq dəyərlərinin təbliğində, eləcə də bölgədə təhlükəsizliyin möhkəmləndirilməsində iştirak edə biləcəyinə, bu məsələlərin isə ermənilərin qonşuları ilə dostluq münasibətlərinin bərpası və qurulmasına rəvac verəcəyi gözləntisi üçün həyata keçirilir. Əlbəttə, burda Türkiyə və Azərbaycanla münasibətlərin bərpası və qurulması nəzərdə tutulur. Bundan əlavə, bu layihələrin həm də ölkədə mətbuatın, “demokratiya, vətəndaş cəmiyyəti və qanunun aliliyi” potensialının inkişafına yönəlməsinə xidmət edəcəyi gözləntisi var və Blinken bu haqda telefon danışığında qeyd edib. Məsələ ondadır ki, məhz sonuncu layihə üçün 2020-ci ilin fevralında ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Münasibətləri Bürosu Ermənistanda “demokratiya mədəniyyəti”nin inkişafı üçün 640 min dollardan çox vəsait ayırıb. Keçən il avqust ayında Avropa Komissiyasının ölkədəki vətəndaş cəmiyyəti təşkilatlarını gücləndirmək üçün 2 milyon avro ayırmaq niyyətində olduğu da məlum oldu. Respublikada “demokratiyanın inkişafı” layihənin hədəflərindən biri elan edildi. Bu vəsait hərbi məqsədlər üçün istifadəsi haqqında ABŞ və Avropa Komissiyasında şübhələr mövcuddur. Detallardan da aydın olur ki, ABŞ-ın baş diplomatının Paşinyanla telefon danışması, Azərbaycan Prezidentinə telefon açmaması heç bir halda Vaşinqtonun İrəvana reveransı deyil. Ümumiyyətlə, Azərbaycan Prezidenti ilə belə təmaslar ABŞ-ın dövlət katibi Endrü Blinkenlə deyil, ilk olaraq Prezident Co Bayden və ya vitse-prezident Kamalla Harris səviyyəsində həyata keçiriləcək".
“Yeni Müsavat”


Xəbəri paylaş

4918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___