Erməni əsilli Maral Nacaryan snayperçi olmayıb -Həqiqət üzə çıxdı
Tarix: 13-03-2021 | Saat: 10:22
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər
Mart ayının 10-da Azərbaycan üçtərəfli sülh müqaviləsinə əsasən, yenidən humanistlik edərək əsirlikdə saxlanılan Livan vətəndaşı, milliyyətcə erməni Maral Nacaryanı azad etmiş və Türkiyədən keçməklə Livana qayıtmasına şərait yaratmışdır. Ölkə rəhbərliyinin humanist addımı təqdirə layiq olsa da, sosial şəbəkələrdəki bəzi xırda informasiya portalları sensayiya yaratmaq məqsədilə, azad olunan erməni əsirin guya snayperçi olduğu və müharibə zamanı əsgərlərimizi öldürdüyü barədə məlumatlar yaymışlar.
"Xeberaz.az" informasiya portalı Vətən Müharibəsi zamanı və sonrakı dövrdə baş verənləri diqqətlə izləmiş və təhlil etmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və hüquq-mühafizə orqanları qarşılarına qoyulan tapşırıqları peşəkarcasına yerinə yetirmiş və bu fəaliyyəti davam etməkdədir.
İndi isə sual, ola bilərmi ki, bizim hüquq-mühafizə orqanlarımız snayperçi qadını hərbidən anlayışı olmayan qadından ayıra bilməsin? Əlbətdə ki, YOX. Hər hansı şəxsin hərbiyə aidiyyətini müəyyənləşdirmək çox rahatlıqla mümkündür. Əminik ki, M.Nacaryan ətraflı yoxlanıldıqdan sonra azad edilmişdir.
Qayıdaq Maral Nacaryana. Erməni KİV-nə əsasən, M.Nacaryan Livanda paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra, Ermənistana, oradan isə Dağlıq Qarabağa gəlmiş və separatçı rejimin “məskunlaşdırma” proqramı ilə Laçın rayonu ərazisində ev ilə təmin olunmalı idi. Lakin, 2020-ci ilin sentyabr ayında başlayan Vətən Müharibəsi separatçı rejimin planlarını pozmuş və M.Nacaryan müvəqqəti olaraq Şuşa şəhərində yerləşdirilmişdir. Müharibə dövründə Azərbaycan Ordusu cəbhə bölgəsində irəlilədiyi üçün, Şuşada olan ermənilər, o cümlədən M.Nacaryan Yerevana qaçmışlar. Ermənistandakı qeyri-sabitlik və dövlət orqanları tərəfindən ermənilərə ötürülən yalan məlumatlar M.Nacaryandan da yan keçməmişdir. Belə ki, Şuşa şəhərinin hələ də ermənilərdə olmasını hesab edən M.Nacaryan, şəxsi əşyalarını götürmək üçün yenidən Şuşaya qayıdır və əsir götürülür.
5198 dəfə oxunub.
Digər xəbərlər

19-04-2016, 15:08
O da boşandı... - Fotolar
14-01-2017, 19:23
Bakıda xəngəlxana partladı, yaralılar var
23-02-2019, 11:03
Bəkarətini siyasətçiyə satdığına görə qınanan Məhbubə: Bakirə olmayan qızlar paxıllığımı çəkirlər, peşmandırlar
14-05-2016, 17:40
Dollar satışı kəskin azaldı
2-09-2015, 22:13
Bu qızlar Azərbaycanlıdır – VİDEO
9-06-2015, 23:51
Döyüş zamanı 20 əsgər və 14 üsyançının öldüyü qeyd olunur
5-12-2019, 20:06
İlham Əliyev Şamaxı sakininin evində - FOTOLAR
6-09-2017, 11:48
Bakıda qadınlar kişiləri üstələyib
24-05-2016, 14:57
Millət vəkilləri Avstraliyaya getdi – Respublika Günü
10-05-2016, 11:50
Oksana: "Bollivudun artist kartini aldim" (FOTO)