Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtda sürücü 15 sutka həbs edildi
Tarix: 12-03-2021 | Saat: 21:01
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Reportaj | çapa göndər

Sumqayıtda sürücü 15 sutka həbsedildi



Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) tərəfindən şəhər ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.
"Xeberaz.Az" xəbər verir ki, 1981-ci il təvəllüdlü Xıdırov Zaur Nəsib oğlu idarə etdiyi BMW markalı 90-TM-800 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib.
O, Heydər Əliyev prospekti boyunca təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını davamlı şəkildə pozub. Eyni zamanda əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaqla avtoxuliqanlıq edib. Onun bu əməlləri Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşları tərəfindən aşkar edilən zaman sürücü dərhal saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb.
Sürücü barəsində toplanılmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü Xıdırov Zaur Nəsib oğlu 15 gün müddətinə inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


Xəbəri paylaş

4718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___