Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə prezidenti ilə razılığa gəlmişik - Putin
Tarix: 10-03-2021 | Saat: 22:18
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər


“Akkuyu” flaqman layihəsinin uğurla həyata keçirilməsi Rusiya ilə Türkiyə arasında enerji sahəsində ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaqla yanaşı, ümumilikdə çoxşaxəli Rusiya-Türkiyə tərəfdaşlığını daha da inkişaf etdirəcək, iki ölkənin xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək.

"Xeberaz.Az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Mersin vilayətində “Akkuyu” atom elektrik stansiyasının üçüncü blokunun tikintisinin təməlqoyma mərasimində videokonfrans vasitəsi ilə bildirib.
Rusiya prezidenti atom elektrik stansiyasının razılaşdırılmış qrafikə uyğun olaraq tikintisini təmin etməyə imkan verən Rusiya və Türkiyədən olan nüvə mütəxəssisləri, mühəndisləri və fəhlələrin koordinasiyalı işindən məmnunluğunu bildirib:
“Eyni zamanda, ən mürəkkəb texnoloji problemlər uğurla həll olunur. Koronavirus pandemiyası ilə bağlı çətinliklər “Akkuyu” layihəsinin ardıcıl realizə edilməsinə mane ola bilməyib. Ən yüksək səviyyədə sanitariya və epidemioloji təhlükəsizlik, tikintiyə cəlb edilmiş əməkdaşların sağlamlığının qorunması təmin edilir”.
Vladimir Putin Türkiyədəki ilk atom elektrik stansiyasının 2023-cü ildə, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunduğu dövrdə işə başlayacağını deyib.
"Biz buna böyük əhəmiyyət veririk və Türkiyə Prezidenti ilə layihəyə lazımi yardım və dəstəyin göstərilməsinin davamlı olması barədə razılığa gəlmişik", - Putin vurğulayıb.



4238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___