Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Neftin sürətlə ucuzlaşmasının səbəbi... - Ekspert
Tarix: 10-03-2021 | Saat: 13:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Aktual | çapa göndər


Dünya birjalarında neft qiymətlərinin ucuzlaşması gözlənilən idi. Lakin bu heç də keçənilki ssenarinin yaşanacağı demək deyil. Çünki keçən il neft qiymətlərinin kəskin ucuzlaşması üçün kifayət qədər ciddi hadisələr baş verdi.
Bu sözləri iqtisadçı Natiq Cəfərli dünya birjalarında neft qiymətlərinin ucuzlaşması haqda danışarkən deyib.
Onun sözlərinə görə, keçən il dünyada pandemiyanın elan olunması, bütün ölkələrin birdən-birə tam qapanması və OPEK+ ölkələrinin əldə edilən razılaşmanı ləğv etməsi dünya birjalarında neft qiymətlərinin ucuzlaşmasına gətirib çıxardı:
“Son zamanlar havaların tədricən isinməsi ilə paralel neft qiymətlərinin ucuzlaşması dünya birjalarında keçənilki ssenarinin təkrarlana biləcəyi versiyasını yaradır. Bildiyiniz kimi, keçən il ilk dəfə neft qiymətlərinin ən aşağı göstəriciyə enməsini müşahidə etdik. Lakin düşünmürəm ki, keçən ilki ssenari bu il də müşahidə edilsin. Bunun əsas səbəbi keçənilki şəraitin bu il müşahidə edilməməsidir.
Hazırda neft qiymətlərinin kəskin enməsinin əsas səbəbi bir müddətdir davam edən süni bahalaşmadır. OPEK+ ölkələri neft istehsalını süni şəkildə azaldaraq qiymətləri xeyli yuxarı çəkmişdi.
Yaxın həftələrdə qiymətlərin yenidən 50-55 dollara enməsi gözlənilir. Çünki OPEK+ ölkələri daim süni yollar, sözlü müdaxilələr ilə qiymətləri artırmağa çalışır. Artıq hər kəs anlayır ki, bu, uzun müddət belə davam edə bilməz. Aprel ayında neft hasilatının yenidən artması istiqamətində mexanizmlər işə düşəcək. May ayında Səudiyyə Ərəbistanı könüllü şəkildə bazardan çəkdiyi gündəlik bir milyon barrel nefti yenidən geri qaytara bilər. Bu və digər bütün faktorlar yaxın aylarda neftin 50 dollara qədər enməsinə gətirib çıxaracaq”.


Xəbəri paylaş

5598 dəfə oxunub.

Digər xəbərlər
18-01-2016, 09:27 Bürclər - 18 yanvar

bütün xəbərlər
____ Instagram ___