Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabiq Prokuror Ölkə başçısından atasına görə Ədalət istəyir-VİDEO
Tarix: 10-03-2021 | Saat: 12:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər


Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi ev 62, mənzil 10 ünvanında yaşayan Məmmədov Nurlan Samir oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.Aktualinfo.org vətəndaş Nurlan Məmmədovun redaksiyanın elektron poçtuna göndərdiyi müraciəti olduğu kimi oxuculara təqdim edir. O, yazır:
Möhtərəm cənab Prezident,
Əziz Mehriban xanım
27 il ərzində doğma torpaqlarımızda qoşun saxlamış, hərbi hissələr və bazalar yaratmış yağı düşmən üzərində cəmi 44 gün ərzində parlaq qələbə qazandınız və düşmənin hərbi siyasi rəhbərləri açıq şəkildə işğalçılıq siyasətləri ilə yanaşı acı məğlubiyyətlərini də etiraf etdilər. Ancaq 27 ildir ki, əvvəl Ulu Öndər mərhum Heydər Əliyev daha sonra isə Siz Azərbaycan Respublikasında məmur özbaşınalığı və rüşvətxorluqla kəskin mübarizə aparsanız da, məqampərəst məmurların bəziləri öz çirkin əməllərindən əl çəkmirlər.Həmçinin 10 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin ilk iclasında Siz vətəndaşlara müraciət edərək vəzifəli şəxslərin qanunsuzluqları ilə bağlı müraciətləri, məlumatları Prezident Adminstrasiyasına göndərmələrini, artıq adminstrasiyada tam başqa vəziyyət olduğunu, məktubların əvvəllər gizlədildiyini, indi isə buna son qoyulduğunu bildirdiniz.
15 ay ərzində Sizə 200-dən artıq yazılı və online müraciət ünvanlamışıq. Tam əminəm ki, müraciətlərimiz barədə Sizə heç bir məlumat verilmir. Ona görə də məcbur qaldığım üçün Sizə mətbuat vasitəsilə müraciət edirəm. Atam Məmmədov Samir İnqilab oğlu artıq 15 aydır ki, qanunsuz və əsassız həbs edilib. O, Mingəçevir şəhərində anam Səadət Babayevaya məxsus “Sübhan Aptek”də qanunsuz dərman preparatlarını satış məqsədilə saxlamaqda ittiham edilir. (AR CM 234.4.1 və 240.3.2). Cinayət işi üzrə cinayət-prosessual qanunverciliyin əksər tələbləri də daxil olmaqla müdafiə hüquqları pozulmuş, sübutlar məhv edilmiş (kameraların yaddaş qurğusu), saxta şahidlərdən istifadə edilmiş və uzun uzadı yazmaq istəmədiyim qanunsuzluqlara yol verilmişdir.
30 il dövlətimizə qüsursuz xidmət etmiş, həbs edilən zaman Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsini tutmuş, 20 ildən artıq YAP üzvü olmuş, vətəninə bağlı üç övlad yetişdirmiş bir şəxs “tanımadığı” birindən qanunsuz dərman preparatlarını alıb, öz həyat yoldaşına məxsus, onun tərəfindən idarə edilən aptekdə “savab” qazanmaq məqsədilə satmaqda ittiham edilir. Atamın həbsini reallaşdırmaq üçün aptekdə cəmi 1 gün işləmiş, ziyalı və sadə bir ailənin övladı 25 yaşlı Abduləzimov Rəşad Arzu oğlu şərlənərək həbs edilmişdir.
Cənab Prezident, atam Samir Məmmədovun həbsinin səbəbləri tamam başqadır. Pərdə arxasında bizi müxalifətçilikdə, dövlət əleyhinə addımlar atmaqda ittiham edirlər. Oturduqları kresloları möhkəmlətmək istəyən bəzi “vətənpərvər” dövlət məmuları, özlərini “şirin” satmaq üçün üstümüzə çirkin bir iftira ataraq ailəmizi məhv etməyə çalışırlar. Atam ədavət üzündən deyilmiş quru sözlə heç bir araşdırma aparılmadan həbs edilib. Ancaq biz müxalif partiyalara üzv olmamışıq, həmin partiyaların rəhbərləri ilə hər hansı əlaqə yaratmamışıq, onlara maddi və sair formada dəstək verməmişik. Yığıncaqlarında tədbirlərində iştirak etməmişik.
Biz dövlətimizin başçısı və rəhbərimiz kimi Sizi tanımışıq. 90-cı illər Azərbaycanın çətin günlərində Ulu Öndər mərhum Heydər Əliyevi Naxçıvan MR-dən Azərbaycana dəvət edənlər içərisində məhz mənim yaxın qohumlarım olub. Bunlar Ulu Öndərin həyat və siyasətinə həsr olunmuş “Qayıdış” adlı kitabda öz əksini tapıb. Hər zaman möhtəşəm hakimiyyətinizi, yeritdiyiniz uğurlu siyasəti dəstəkləmişik, bu gün də dəstəkləyirik. Əgər ailə üzvlərimizdən kimsə dövlətimiz əleyhinə hər hansı formalı bir addım atıbsa bunun cəzasını ailəlikcə çəkməyə hazırıq.
Cənab Prezident, bizim ailəmizə haqsız yerə zülm olunur və hər kəs bu zülmə göz yumur. Biz dövlətin idarəçilik sistemində Sizdən və Birinci xanımdan yuxarı birini görmürük. Ona görə də özüm və ailə üzvlərim adından Sizdən xahiş edirəm bu haqsızlığın qarşısını alın. Artıq dərəcədə xahiş edirəm ki, barəmizdə verilmiş yalnış məlumatların və atamın barəsində olan qondarma cinayət işinin ədalətli araşdırılmasına göstəriş verəsiniz. Ümidvaram ki, mənim haqq səsim sizə çatacaq və siz pozulmuş ədaləti bərpa edəcəksiniz.
Dərin hörmət və ehtiramla Nurlan Məmmədov




Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___