Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mübariz Mənsimov: "Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil"
Tarix: 06-03-2021 | Saat: 17:51
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Məşhurların Taleyi | çapa göndər


“Azadam. Şərti olsa da, azadlıqdayam. İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam”.
"Xeberaz.Az" -ın xəbərinə görə, bunu həbsdən azad edilən “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.
M.Mənsimov qeyd edib ki, hər zaman sözü və əməli ilə dövlətin yanında olub və bundan sonra da olacaq: “Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil. Bu günə qədər dəstək məktubları, zəngləri, mesajları, ən kiçik işi ilə belə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm. Analar, bacılar, qardaşlar dostlarım! Hər birinizi bir daha tanıdım, hər birinizin sevgisini gördüm və hiss etdim. Əlbəttə, çox çətin və çox yorucu bir dövr yaşadıq. Gah sevindik, gah da kədərləndik. Gərgin anlarımız da oldu. Amma təki bütün çətinliklərin sonu gözəl olsun, İnşallah. Haqq qazansın, şər-böhtan deyil. Satqınları və xəyanətkarları isə Allaha tapşırıram. Dualarınız bizimlə olsun! 12 aylıq ayrılıqdan sonra ailəmin əhatəsindəyəm. Atam və anam üçün çox darıxmışdım. Ailəm, övladlarım üçün çox darıxmışdım. “Palmali” ailəsi üçün çox darıxmışdım. Ayrıca 350 gün yanımdan 1 gün də ayrılmayan mənə inananlara, xüsusilə haqqımı müdafiə edən vəkillərimə təşəkkürümü bildirirəm. Mənə inandınız, məni qorudunuz, 350 gün sirdaşım oldunuz, təşəkkür edirəm”.(Pravda.az)


Xəbəri paylaş

9758 dəfə oxunub.

Digər xəbərlər
28-02-2017, 10:08 Bakı nefti də ucuzlaşdı
14-03-2015, 10:03 Zabratda qanlı dava

bütün xəbərlər
____ Instagram ___