Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalqxeber.Az xəbər portalının 9 yaşı tamam oldu
Tarix: 04-03-2021 | Saat: 11:29
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Təhsil / Təbriklər | çapa göndər

Xalqxeber.Az xəbər portalının 9 yaşı tamam olduAzərbaycan mediasında öz dəst xətti və maraqlı xəbərləri, reportajları, layihələri ilə seçilən “Xalqxeber.Az” xəbər portalının 9 yaşı tamam olur.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.

Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov vurğulayıb ki, bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər dövlətin mətbuata qayğısı kimi dəyərləndirilməlidir.
Portal yarandığı vaxtdan bu günədək oxucuların etibarını qazanmaq və dolğun məlumatlar çatdırmaq üçün fəaliyyət göstərib. Müasir standartlara cavab verən yeni dizaynlı portalda həmçinin yerli və dünya xəbərləri ilə yanaşı, tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri də dərc olunur. Gələcəkdə portalda müsabiqələr, layihələr, rubrikalar digər yeniliklər təqdim olunacaq. XalqXeber.Az


Xəbəri paylaş

3828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___