Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə
Tarix: 02-03-2021 | Saat: 08:40
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Təhsil / Aktual | çapa göndər

Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi “Qarant-Com” MMC ilə 19 000 AZN-lik müqavilə imzalanıb. Reportyor.info xəbər verir ki, müqavilədə içməli suyun alınması və daşınması nəzərdə tutulur.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Qarant-Com” MMC 26 noyabr 2020-ci ildə qeydiyyata alınıb.

Təhsil Nazirliyinin tender müəmması

Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz, ev 1A–da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Könül Malik qızıdır.
Açıq mənbələrdə “Qarant-Com” MMC barədə əlavə məlumatlar olmasa da, araşdırmalar zamanı yeni yaradılan şirkətin qısa müddətdə 4 satınalma müqaviləsi imzaladığı məlum olur.
Özü də bu şirkətə daha çox Təshil Nazirliyi müraciət edir. O da aydın olur ki, Könül Məmmədovanın adına və eyni ünvanda bir neçə şirkət qeydiyyatdadır. Həmin şirkətlər də yeni yaradılıb. Lakin qısa müddətdə hansısa formada tender bazarına girə biliblər.
Bu şirkətlər aşağıdakılardır:

“Kip Servis” MMC (Bu ilin fevralın 8-də Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin keçirdiyi və məbləği 199 min 500 manat məbləğində olan tenderin qalibi olub).
Qarant-Com MMC (8№-li sanatoriya tipli internat məktəbinin keçirdiyi içməli suyun daşınması (36000 AZN) və çirkab suyun çıxarılması və daşınması işləri (28400 AZN), Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin keçirdiyi və məbləği 7 min 290 manat olan kotirovka sorğusunun qalibi də Qarant-Com MMC olub) .
“Resta-Ltd” MMC: (2020-ci ilin dekabr ayında yaradılan şirkət hələlik satınalmalarda qalib elan olunmayıb).Dia.az


Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___