“Azərbaycan belə pandemiya ilə üzləşməmişdi” - Hikmət Hacıyev
Tarix: 15-02-2021 | Saat: 19:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə | çapa göndər

Azərbaycanda koronavirus yayılmağa başladığı dövrdən biz səhiyyə sistemimizin COVID-19 pandemiyasına hazırlanmasını təmin etdik, onu yeni reallıqlara uyğunlaşdırdıq. Çünki Azərbaycan bundan əvvəl belə bir pandemiya ilə üzləşməmişdi və səhiyyə sistemində müəyyən dəyişikliklər edilməli idi.
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan öz təcrübəsinə əsasən beynəlxalq səviyyədə bir sıra təşəbbüslər irəli sürüb, xüsusilə beynəlxalq səylərə dəstəyini göstərib.
Hikmət Hacıyev deyib: “Çünki hamı təhlükəsiz olmasa, heç kim təhlükəsiz ola bilməz. Ona görə də yerli və beynəlxalq səviyyədə tədbirlər bir-birini tamamlamalı idi. Bu yanaşmaya əsasən, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq qurduq. Bu əməkdaşlıq çərçivəsində Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya həsr olunmuş sammitlərini təşkil etdik. Tədbirlərdə pandemiyaya qarşı birgə mübarizə məsələləri müzakirə olundu. Həmçinin səhiyyə mütəxəssislərinin görüşləri təşkil edildi”.
Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, COVID-19-la əlaqədar Azərbaycan Prezidenti BMT-nin növbədənkənar sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və bu təşəbbüs BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənib.
2288 dəfə oxunub.
Digər xəbərlər

11-09-2017, 22:19
Bakıda özəl klinikada ana doğuş zamanı öldü
25-12-2015, 23:53
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi həbs edildi
28-04-2016, 16:37
Nalbəndyan: “Qarabağ ilə müqavilə imzalayacağıq”
14-11-2017, 10:45
“Qoca” ilə birgə qaçan məhbusa HÖKM OXUNDU
24-06-2017, 09:48
Çində torpaq sürüşməsi - 100 nəfər dağıntılar altında qaldı
15-12-2016, 14:27
Qafqaz Universitetinin adı dəyişdiriləcək
22-07-2016, 15:10
Çavuşoğlu: "Azərbaycan Fətullahçılara qarşı lazımi addımları atdı"
22-06-2017, 17:06
“Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirildi-FOTO
21-03-2017, 20:59
ABŞ-dan müsəlman ölkələrinə - Növbəti qadağa