Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Kristal Abşeron” şirkəti ölkə başçısının “dəmir yumruğ”undan da qorxmur – Şikayət
Tarix: 15-02-2021 | Saat: 19:10
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Həftə-Reytinq | çapa göndər

“Kristal Abşeron” şirkəti ölkə başçısının “dəmir yumruğ”undan da qorxmur – Şikayət
Məcburi köçkünlər (keçmiş) “Kristal Abşeron” şirkətindən şikayətçidir.

Correct.az saytına müraciət ünvanlayan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivinin sakinləri “Kristal Abşeron” şirkətindən şikayətçidir. Onlar qeyd edirlər ki, podratçı şirkət olan “Kristal Abşeron” şirkəti Dövlət Komitəsini aldadıb və problemli mənzilləri, binaları Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil veriblər. Şikayətçi Rövşən Əsədov: “”Kristal Abşeron” şirkəti ölkə başçısının dəmir yumruğundan da qorxmur” “Qobu Park-2” yaşayış massivinin sakini olan Rövşən ƏSədov saytımıza bildirib ki, 1991-92-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vandallığı, işgəncələri indi də adıçəkilən şirkət məxburi köçkünlərə qarşı edir:

“Artıq bir ildən çoxdur ki, burada məskunlaşmışıq. Bir il ərzinndə podratçı şirkət olan “Kristal Abşeron” bizə onlarla problem yaradıb. Nasosxanasında olan problem səbəbindən 1 aydan çox susuzluqdan əziyyət çəkmişik. Uzun mübarizədən, mübahisədən sonra problem həll oldu. İlk günlərdə üstü bəzək olan binalar problemsiz görünsə də bir il keçəndən sonra ciddi problemlərlə üzləşib. Belə ki, binaların üzlükləri qoparaq tökülməyə başlayıb. Şirkət rəhbərliyi isə problemin həllini “şurup”lamaqda görüb. Binanın üzlük kafelləri divara “şurup”lanır. Həmin deşiklərdən isə bir müddət sonra yağış suyu sızmağa başlayıb.

Sakinlər deyirlər ki, onların divarlarında açılan deşiklərdən içəri su sızır və nəticədə evin iç divarları göyərir, divarın divar kağızları qopmağa başlayır. Bu barədə rəsmi və qeyri-rəsmi qaydada dəfələrlə yerli MTK –ya müraciət edilsə də problem həll edilmir. Bu azmış kimi ən üst (10-cu) mərtəbədə yaşayanlar artıq nəmişikdən xəstəlik tapmaq üzrədir. Belə ki, üst mərtəbədə yaşayanların evlərinin tavanları göyərməyə, mamır bağlamağa başlayıb. Mənzilin keyfiyyətsiz və normativlərə uyğun şəkildə tikilməməsi, binanın düzgün tollanmaması tavanların göyərməsinə səbəb olub. Dəfələrlə mən şəxsən öz mənzilimlə bağlı müraciət edib, adımı siyahıya yazdırmağıma baxmayaraq hələ də problemim həll olunmur. Bizi ölkə başçısına müraciət etməyə, yol bağlamağa, başımızın çarəsini digər metodlarda axtarmağa sövq edirlər. Ölkə başçısının “dəmir yumruğ”undan belə çəkinib qorxmurlar. Bütün gün ölkə başçısı məmurlardan, məmurların özbaşınalığından danışır, o danışıqlardan zərrə qədər də örnək götürüb vətəndaşa xidmət etmirlər. Mənzilimizin problemlərinin həlli üçün də bizi ölkə başçısına müraciət edəcək səviyyəuə gətirib çıxardırlar.

Bu biabırçılıqdır! “Kristal Abşeron” şirkətinə müraciət etdikdə isə deyilir ki, biz podratçı şirkətik, tikib dövlət qurumuna-Qaçqınkoma təhvil vermişik. Probleminizi onlara bildirin. Görünən mənzərə isə odur ki, “podratçı” şirkət dövlət komitəsini aldadaraq problemli binaları, mənzilləri komitəyə təhvil verib onları problemlə üz-üzə qoyub. İndən sonra nə Qaçqınkom gəlib bizim mənzil problemimizi həll edəsi deyil, nə də “Kristal Abşeron” şirkəti. Ancaq başlı başını saxlasın prinsipi ilə biz ora-bura müraciət etməliyik…”

Məsələ ilə bağlı “Kristal Abşeron” şirkətinə informasiya sorğusu göndərdik, mövqelərini dərc etməyə hazırıq.

Correct.az 


Xəbəri paylaş

4778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___