Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə icra başçısı ittiham olunur - GİLEY
Tarix: 10-02-2021 | Saat: 15:25
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Reportaj | çapa göndər

Hüseynova Esmira Əmirəhməd qızı və Hidayət Hüseynov Gəncə şəhər icra başçısı Nizami Hacıyevin onları aldatığını və 13 minmanat maddi ziyan vurduğunu iddia edir.Gədəby rayon Samanlıq kənd sakini Hüseyinova Esmira Əmirəhməd qızı bildirir ki, 2016 cı ildə həyat yoldaşı Hüseyin Hidayət Xudayət oğlu ilə birgə Gəncə şəhər Nizami rayonunun icra başçısı Nizami Hacıyevə Gəncə şəhər Məhsəti qəsəbəsinə biznes qurmaları üçün torpaq sahəsi ayrılması üçün müraciət ediblər
Vətəndaşın yazılı müraciətinə baxan icra başçısı Nizami Hacıyev məlum məsələnilə bağlı baş memar Məharət Mustafayevə göstəriş verir. M. Mustafayev vətəndaşları gdt-gələ saldıqdan sonra bildirir ki, icra başçısı Nizami Hacıyev 13000 manat pul istəyir.
Tələb olunan pulu E.Hüseynovanın həyat yoldaşı ikili vətəndaşlığı olan (Rusiya və Azərbaycan) Hidayət Hüseynov baş memara, icra başçısının istədiyi 13000 manatı verərək Gəncə şəhəri Məhsəti qəsəbəsində yol kənarında 150 kv metr torpaq sahəsinin ayrılması rəyini alır.
Baş memar onlara ayrılacaq torpaq sahəsinində görəcəkləri, yəni tikəcəkləri obyektin eskiz layihəsini çəkdirilərək icra hakimiyyətinə təqdim olunmasını tələb edir. Və, beləliklə çəkilən eskiz layihəni baş memar icra başçısının razılığı ilə imza və möhürünü vuraraq təsdiq edir.Hüseyinovlar ailəsində baş verən xəstəliklər nəticəsində tikiləcək obyektin, yəni avtoyumanın və təmir sexinin tikintisi bir müddətliyə uzanır. Həmin torpaq sahəsinə Hüseyinovlar ailəsi 2-3 min dən çox xərc cəkərək ərazinini səhmana salır və müvəqqəti tikinti aparmırlar.
İddiaya görə ərazidə heçbir tikinti işlərinin aparılmamasından istifadə edən icra başçısı Nizami Hacıyev bir dəfə satdığı torpağı yenidən baş memarın əli ilə başqa bir vəzifəli şəxsə sataraq Hüseynovları məyyus edir. Hüseynovlar bu barədə dəfələrlə şikayətçi olsalarda onlara nə qulaqasan olub nədəki dinləyən.
Yaranan problemlə bağlı Gəncə şəhəri icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin sözcüsü bildiridi ki, "vətəndaş gedib şikayətini prokurorluğa etsin biz məhkəmə deyilik..."
Şikayətçi onuda bildirirlər ki, torpağımızı satıblar əcəb edirlər, heç olmasa o ərazi üçün çəkdikləri 15 minə yaxın alın təri ilə qazandığı pulu onlara verilməsini təmin etsinlər. Üç qız anası olan Hüseyinova Esmira Əmirəhməd qızı bir ana kimi Birinci vitse prezident Mehriban Xanıma yalvararaq ona dəstək olmasını xahiş edir. Çətin durumda qalan ailə eləcədə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə bizim vasitəmizlə müraciət edib kömək istəyir. Onların icra başçısı tərəfindən aldadılaraq pozulmuş vətəndaş hüquqlarının bərpa olunasını bildirirlər.
Mövzuya qayıdacağıq.
Qarşı tərəf dinləməyə hazırıq

Reportyor.tv


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___