Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabiq nazir Kəmaləddin Heydərovdan DANIŞDI: - "Hərənin bir dövranı var"
Tarix: 06-02-2021 | Saat: 11:31
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətləri barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Z.Məmmədov Unikal.org-a açıqlamasında K.Heydərova bəzən incidiyini də bildirib:

"Mən Kəmaləddin Heydərovla yaxın münasibətdə olmuşam. Hərənin bir dövranı var. Hər şeyi Allah görür. Bütün yer üzünü, kainatı görən Allahdır. Ona görə də, hərəyə bir xüsusiyyət verib. Mən Kəmaləddini çox istədiyim üçün, heç vaxt ona qarşı pis addım atmamışam. Bizim dostluq münasibətimiz korlanmayıb. Sadəcə iş prosesində müəyyən narazılıqlar ola bilər. Hər ikimiz məsul vəzifədə olduğumuz üçün müəyyən işlər barədə məsləhətləşmələr aparırdıq. Təbii ki, müəyyən məsələlərdə fikir ayrılığı da ola bilər. Aramızda inciklik də ola bilərdi. Hamı bilir ki, mən heç kəsə zərrə qədər də pislik etməmişəm. Sağ olsun pandemiya insanları tərbiyələşdirir, mehribanlaşdırır. Ona görə də mənim münasibətim ona qarşı normaldır".


Xəbəri paylaş

5518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___