Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ucar rayonu Alpı kənd sakini Əsgərova Dursun Əsgər qızı ​ tərəfindən ŞİKAYƏT​
Tarix: 02-02-2021 | Saat: 02:59
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma | çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qanunları saya salmır.Çünki onun ​ himayəsi altında yol tikintisi üçün ayrılan küllü miqdarda vəsait talan edilsədə indiyə qədər barəsində tədbir görülməyib. Bu cəzasızlığa görə Saleh Məmmədov dahada azğınlaşıb qanunsuz fəaliyyətini davam etdirir.Bunun nəticəsidir ki, Azərbaycanda yeni tikilən yollar az müddət sonra dağılıb yararsız hala düşür.Hazırda Ucar rayonunun Alpı və Qulabənd kəndlərində yol tikintisi işləri aparılır.Alpı və Qulabənd eyni sovetlikdə olan kəndlərdir. Hər iki kənddə tikinti işləri aparan şirkətlərin yol tikintisi işlərindən anlayışları yoxdur. Sadəcə Saleh Məmmədova verdikləri rüşvətə görə saxtakarlıqla tenderin qalibi olublar.
Ucar rayonu Alpı kəndində aparılan yol tikintisində mənə qarşı qanunsuzluq edilib ki, buna görə əziyyət çəkirəm.Belə ki, Ucar rayonu Alpı kəndində aparılan yol tikintisi zamanı mənə məxsus həyatyanı sahəmə gələn 400 mm-lik su borusu çıxarılmış əvəzində sintetik 300 mm-lik boru tətbiq edilmişdir.Həmin boru vasitəsi ilə sudan istifadə etməyimiz qeyri mümkündür. Çünki bu boru vasitəsi ilə gələn sudan 3 nəfər ailənin təsərrüfatı istifadə edir. Buna görə mən yol tikintisinə nəzarət edən mühəndisə bildirsəmdə heç bir tədbir görmək istəmədi. Çünki bu adamlar burada dövlətin ayırdığı vəsaiti talan etməklə məşğuldurlar.Sual yaranır ki, hansı qanuna və ​ təcrübəyə əsasən su borusu 100 və 200 mm-lik olan bir təsərrüfat sahibinin bərəsi 400 mm-lik boru ilə əvəzlənir 3 ailənin istifadəsinə olan 400-mmlik su borusunu isə 300 m-lə əvəzləyirlər ?​
Cavab budur ki, həmin şəxslər dövlət vəsaitini talan edən mühəndisə pul verib istəklərinə nail olublar.Bu korrupsiya əməlidir ki, törədilib.Nəticədə də biz əziyyət çəkməli oluruq.Həmçinin qeyd edim ki, Alpı və Qulabənd kəndlərində hazırda aparılan yol tikintisində ciddi mənimsəmələrə yol verilib ki, yerində təftiş edilməsinə zərurət var.
Mən üzləşdiyim qanunsuzluğa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova ərizə ilə müraciət etmişəm həmçinin elektron qaydada bir neçə dəfə məktub göndərmişəm ancaq saymamazlıq edib heç bir cavab verməyib.Yuxarıda qeyd etdiyim kimi yol tikintisi quldurlarının başında məhz Saleh Məmmədov dayanıb.Əslində Saleh Məmmədov dövlətin küllü miqdarda vəsaitini talan etdiyi üçün indi vəzifədə yox zindanda olmalı idi.
Bu səbəbdən mən mətbuat vasitəsi ilə ilk olaraq yol tikintisinə görə ​ Prezident cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.Həmçinin dövlət rəhbərindən və Mehriban xanım Əliyevadan xahiş edirəm dövlətin ayırdığı vəsaiti talan etmiş Saleh Məmmədovun özünün və yerlərdə yol tikintisi aparan əlaltılarının barəsində qanunu tədbirlər görəsiniz, Ucar rayonu Alpı və Qulabənd kəndlərində aparılan yol tikintisinin obyektiv yoxlanılmasına göstəriş verəsiniz


Xəbəri paylaş

8898 dəfə oxunub.

Digər xəbərlər
7-05-2016, 10:22 Neft bahalaşdı

bütün xəbərlər
____ Instagram ___