Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sahil Babayevin işçiləri Sabirabadda BUNU DA ETDİLƏR... - ŞOK FIRILDAQ
Tarix: 01-01-2021 | Saat: 12:15
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Araşdırma | çapa göndər

Sahil Babayevin işçiləri Sabirabadda BUNU DA ETDİLƏR... - ŞOK FIRILDAQAzərbaycan Prezidenti Ali Baş Komandanın rəhbərliyi altında davam edən 44 günlük İkinci Vətən Savaşı böyük qələbəmizlə başa çatdı. Dövlətimizin başçısı yaralı əsgərlərlə görüşləri zamanı, eyni zamanda əksər çıxışlarında bəyan etdi ki,şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstəriləcək. Hətta Cənab Prezident bununla bağlı olaraq konkret göstərişlər də verdi. Düzdür, ölkə üzrə şəhid ailələri və qazilər üçün dəstək proqramları həyata keçirilməyə başlayıb. Vətən Savaşından geri qayıdan qazilərimizə də sosial qayğı proqramları həyata keçirilir. Amma böyük təəssüf hissi ilə qeyd edək ki, bəzi rayonlarda bu proqramlardan, dövlətin qayğı və dəstək tədbirlərindən də pul qazanmaq həvəsinə, tamahına düşənlər var.

Gundeminfo.az-a Sabirabad rayonundan daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Məşğulluq Mərkəzinin işçiləri sözügedən rayonda şəhid ailələri və qazilərin mənzillərinə baş çəkirlər. Onların "Özünüməşğulluq proqramı" çərçivəsində öz təsərrüfatlarını qurmaq üçün təkliflər edirlər. Rayonun bir sıra kəndlərindən redaksiyamıza daxil olan məlumatlar sözün bütün mənalarında heyrətamizdir. Gundeminfo.az-a danişan şəhid və qazi ailələri bildirir ki, Məşğulluq İdarəsindən gələn əməkdaşlar hər ailə üçün 2 baş iribuynuzlu inək təklif edirlər. Bunun üçün ailədə 3 nəfərin işlə təmin edilməsi barədə razılıq ərizəsi də alınır. Nəticədə proqrama cəlb edilən ailənin bütün üzvləri işlə təmin edilmiş kimi rəsmi qeydiyyata alınır. Bura qədər hər şey gözəldir və bu məqamla bağlı heç kim narazı deyil. Lakin iş sənədləşməyə gələndə əsl fırıldaq üzə çıxır. Məlum olur ki, şəhid və qazi ailəsinə təklif edilən iki baş iribuynuzlu inəyin qiyməti 5000 manatdır. 500 azn isə inəklərə qulluq məqsədilə yem alınması üçün ayrılıb. Sənədlərdə inəklərin Rusiya mənşəli xüsusi sortlar olduğu yazılır. Bu məqamdan xəbərdar olan şəhid və qazi ailələri sənədi imzalamaqdan imtina edirlər. Çünki təqdim edilən inəklər xəstə, sısqa, qoca və balavermə imkanı olmayan heyvanlardır. Nəinki Rusiya heç Somali sortu da deyil. Ortada olan fakt ondan ibarətdir ki, artıq onlarla şəhid və qazi ailəsi onların aldadıldıqlarından, onlara imza atdırılaraq 5500 azn qarşılığında ailə üzvünün 3 nəfərinin guya işlə təmin edilməsindən imtina ediblər.

Güman edirik ki, şəhid və qazi ailələri üçün "Özünəməşğulluq proqramları" nın icrası zamanı şəhid və qazi ailələrinə fərdi təsərrüfatlarını yaratmaq üçün təqdim edilən heyvanların faktiki vəziyyətinə də diqqət ayrilacaq. Yoxsa ki, hansısa dəllaların araçılığı ilə Sabirabadın "mal bazarı"ndan alınan dəyəri 400 manat olmayan heyvanlar 5000 azn-ə rəsmiləşdirilərək şəhid və qazi ailələrinə satılmayacaq.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 


Xəbəri paylaş

4858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___