Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daha bir şəhidin ailəsi sosial dəstəklə təmin olundu
Tarix: 26-12-2020 | Saat: 16:35
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Dünya / Təbriklər | çapa göndər



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki qurumların rəhbər şəxslərinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ilə görüşləri davam edir.
"Xeberaz.Az" xəbər verir ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Elmar Nəbiyevin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.
Atası, anası və bacısı ilə birgə Pirallahı rayonunda yaşamış Elmar Nəbiyev Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ailə ilə görüş zamanı müəyyən olunub ki, Elmarın valideynləri işləmir, pensiya alırlar. Bacısı isə II kurs tələbəsidir. Ailənin məşğulluğunu təmin etmək məqsədilə istəkləri əsasında şəhidin atası Elman Nəbiyevə özünüməşğulluq proqramı çərçivəsində xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilib, anası isə haqqı ödənilən ictimai işə cəlb edilib.
Bunlarla yanaşı ailəyə sosial ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin hüququ müəyyən edilməklə pensiya və ya müavinətin təyinatı da həyata keçiriləcək.


Xəbəri paylaş

3638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___