Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövnəq Abdullayevə yüksək vəzifə verildi
Tarix: 24-12-2020 | Saat: 03:11
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Təbriklər | çapa göndər



SOCAR Türkiyə və Qrup şirkətlərindən "Petkim Petrokimya Holding A.Ş." və STAR neft emalı zavodunun rəhbərliyində yüksək səviyyəli dəyişiklik olub.
 "Xeberaz.Az" xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabr ayından etibarən SOCAR Türkiyə ilə yanaşı, şirkətin törəmə müəssisələri olan "Petkim" və STAR NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb.
Türkiyənin ən böyük xarici investoru olan SOCAR-ın Türkiyədəki əməliyyatlarına Rövnəq Abdullayev rəhbərlik etməyə başlayıb. Vaqif Əliyevdən səlahiyyətləri təhvil alan Rövnəq Abdullayev İdarə Heyətinin sədri seçilib. Rövnəq Abdullayev hazırda icra etdiyi SOCAR prezidentliyi vəzifəsinə də davam edəcək. Vaqif Əliyevin isə SOCAR Türkiyə və törəmə müəssisələrindəki vəzifəsi İdarə Heyəti Sədrinin müavini kimi davam edəcək.
SOCAR Türkiyədəki fəaliyyətlərini genişləndirəcək.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qarşıdakı dövrlə əlaqədar biznesin inkişafı planında Türkiyədəki fəaliyyətlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Türkiyə və Avropanın təbii qaz təchizatı təhlükəsizliyinə töhfə verəcək ən mühüm layihələrdən biri olan TANAP-ın da İdarə Heyəti sədrliyini yerinə yetirən Rövnəq Abdullayev SOCAR-ın Azərbaycanın hüdudlarından kənarda ən böyük investisiyalarının yatırıldığı Türkiyə əməliyyatlarına da rəhbərlik edəcək. Rövnəq Abdullayev SOCAR Türkiyə ilə yanaşı, şirkətin nəhəng obyektlərinin yer aldığı "Petkim" və STAR neft emalı zavodunun da İdarə Heyətinin sədri vəzifələrini icra edəcək.
1965-ci ildə Naxçıvanda anadan olan Rövnəq Abdullayev Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirib. 1989-cu ildə Azərbaycan neft sənayesinin rəmzi olan Neft Daşlarında mühəndis kimi əmək fəaliyyətinə başlayan Rövnəq Abdullayev “28 May” NQÇİ-də şöbə rəisi, “Xəzərdənizneftqaztikinti” Trestində baş mühəndis və 1997-ci ildən müdir olaraq çalışıb. 2003-cü ildə Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru olan Rövnəq Abdullayev 2005-ci ildən SOCAR-ın prezidenti kimi fəaliyyət göstərir.




4748 dəfə oxunub.

Digər xəbərlər
16-03-2015, 17:59 Astarada bulvar salınıb

bütün xəbərlər
____ Instagram ___