Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İş rəhbəri Saniyar bəy özü dəbilqədə, işçilərə isə nə qoruyucu eynək verir, nə də dəbilqə!
Tarix: 18-12-2020 | Saat: 10:33
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Dünya / Reportaj | çapa göndər

Sifarişçisi Rals Konstrakşn MMC, podratçısı isə " İnşaatçı İnvestor Group" MMC olan  bu tikinti şirkəti Nəsimi rayon İmran Qasımov 978ci məhəllədə çoxmənzilli hündürmərtəbəli yaşayış binalarını inşa etsə də burada əməyə cəlb olunan işçilər hər vaxt ölüm anı ilə üz-üzədir. Səbəb isə burada şirkət rəhbərliyinin işçilərə qarşı qayğının qat-qat aşağı olmasıdır. Belə ki Əməyin Texniki Təhlükəsizlik üzrə Qaydalarla oksigen və propan balonları normativ tələblərə cavab verməməklə burada olarkən işçinin qoruyucu eynəklə təchiz olunmadan çalışdırılması birbaşa inzibati məsuliyyəti yaradır. Hələ bu azmış kimi bu balonlar xüsusi örtüklü yuxarıdan düşə biləcək yağ damcılarından partlayış təhlükəsindən  yerə üfüqi vəziyyətdə uzadılaraq qaçılmaz bir vəziyyətdə təşkil olunmuşdur. Və onu da qeyd eləsək ki, metal qaz balonlara şlanqlarla  qoşulmuş yanar od saçan hissə- reduktor işlərkən dəmiri kəsməkçün 1700 dərəcə istilik yaranır və bu ocaqla metal arasında təmas zamanı metalın qaynar hissəcikləri həmin andaca sıçrayışla bu işçinin gözlərinə ciddi şəkildə xəsarət yaratmaqla onun görmə qabilyyətinin itirilməsinə səbəb olur ki, bu da işdə bədbəxt hadisənin baş verməsinə gətirib çıxarır ki, bunun  müvafiq Cəriməsi  500 manatdan 1000 manatadək cəriməni özündə ehtiva edir. Araşdırma zamanı buradakı  işçi hətta Əmək müqaviləsinin də bağlanmamasını bildirdi. Bu isə İnzibati Xətalar Məcələssində ayrıca bir yüksək cəriməni 2min manatdan 5minədək , hüquqi şəxs üçünsə 20min manatadək cəriməni nəzərdə tutur. Onu da xüsusi nəzərə çatdıraq ki bu yüksək məbləğdə tətbiq ediləcək cərimələr, sravi işçiyə deyil, o işçiləri burada çalışdıran şirkət rəhbərliyinə tətbiq edilir müvafiq Qanunvericiliklə.İnanırıq ki Respublika Baş Əmək Müfəttişliyi bu baş verənlərə görə müvafiq qanuni tədbir görəcək və gələcəkdə burada hansısa baş verəcək bədbəxt hadisələrin qarşısı da alınacaq.
VİDEO BAX: ÜSTÜNƏ BAS​​​


Xəbəri paylaş

5678 dəfə oxunub.

Digər xəbərlər
1-07-2016, 13:59 Hava şəraiti DƏYİŞİR

bütün xəbərlər
____ Instagram ___