Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Tələbələrim Qarabağda döyüşürdü” – Eduard Məmmədov
Tarix: 11-12-2020 | Saat: 15:02
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 / Müsahibə | çapa göndər

“Tələbələrim Qarabağda döyüşürdü”– Eduard Məmmədov

Əməkdar idman ustası, əməkdar məşqçi, 7 dəfə Avropa, 23 qat Dünya çempionu Eduard Məmmədov  müsahibə verib. 
"Ağ canavar ləqəbli kikboksçu II Qarabağ döyüşlərində tələbələrinin də iştirak etdiyini bildirib: 
- Məşqləriniz necə keçir?
- Çox çətinliklə məşq edirik. Bildiyiniz kimi qapalı zallarda məşq etməyə hələ icazə yoxdur. Biz də çalışrıq ki, açıq havada idman edək. Havalar soyuyuyur, bizim üçün çox çətin olacaq. Hər dəfə “kross” qaçmaq, turnik etməklə iş bitmir. Çünki başqa  hazırlıqlar var ki, ancaq qapalı zallarda keçirilməlidir.  Döyüş günləri məşqlərinin açıq havada keçirilməsi müşkül məsələdir.
Buna görə də, məşqlərə əsasən gənclər və böyüklərdən ibarət idmançılar gəlir. Yeniyetmələr gələ bilmir. İnşallah pandemiya tezliklə bitəcək və biz zallarımıza qayıdacağıq.  
- Dekabrın 14-dən karantin saatı başlayır və SMS icazə tətbiq olunacaq. Nə etməyi fikirləşirsiz?
-  O zaman işimiz daha çətin olacaq. Amma sms ilə 3 saat icazəmiz olacaq. Biz də çalışıb  həmin müddət ərzində açıq havada da olsa məşqlərimizi davam edək. Məşq edəndə dua edirik ki, bu gün yağış, külək olmasın. Ən azından 45 dəqiqə məşq edək. 
Əvvəl məqimiz 2 saat davam edirdi. İndi açıq havada çox qalmaq olmaz deyə məşq saatlarını azaltmalı olmuşuq.  Formamızı qorumaq üçün bir gündən bir məşq etməyə çalışacağıq. Bildiyiniz kimi “Ağ canavar” idman klubunun həm baş məşqçisi, həm də rəhbəriyəm.  
- Bəs bu vəziyyət həm sizin, həm də yetirmələrinizin məşqlərinə çətinlik yaratmayacaq? 
- Əlbəttə, həm mənim, həm də tələbələrim üçün çətin olacaq. Hava yaxşı olsa məşq edəcəyik.  Təki külək, yağış olmasın, məşq edib, formada qalaq. Məqsədimiz gənclərin sağlam olmağını, pis vərdişlərdən uzaq durmaqlarını təmin etməkdi. Pandemiya inşallah tezliklə qurtaracaq, yenidən biz yarışlara qayıdacağıq.  Tələbələrimə demişəm, ola bilər dünya çempionu olmasınlar. Amma peşəkar idmançı kimi yetişib, güclü əsgər olacaqlar. 
II Qarabağ döyüşlərində də o cür güclü, sağlam  əsgərlərimiz döyüşdülər. Vətənə layiqincə xidmət edirlər.  Qeyd edim ki, müharibədə iştirak edənlər arasında  mənim tələbələrim də oldu.  Mən onlarla, bütün Azərbaycan ordusu ilə fəxr edirəm.  Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Allah şəhidlərimizin valideynlərinə səbr versin. Şəhidlərimizin ruhu qarşısında, qazilərimiz önündə baş əyirəm. Bir Azərbaycanlı olaraq biz hər zaman qazilərimizin, şəhid ailələrinin yanında olub dəstək olacağıq.  Çünki biz onlara borcluyuq.  Biz  müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibədə zəfər çaldıq. Azəraycan Respublikasının Prezidenti  cənab İlham Əliyevlə, ordumuzla fəxr edirik. 
- İşğaldan azad edilmiş torpaqlarımızda da məşqlər təşkil etmək istəyərsizmi?
- Təbii ki, istəyərəm.  Bu bizim arzumuzdur. 
Qarabağ Azərbaycandır! 
Arzumuz idmanı həmin rayonlarda da inkişaf etdirməkdir. Planlaşdırmışıq ki, yaxın gələcəkdə həmin ərazilərdə yarışlar keçirək. Həm oradakı idman seminarlarına qatılacam, həm də istəyirəm ki, tələbələrimlə birlikdə  həmin rayonların gənclərinə dəstək olaq. Əlimizdən gələn qədər ruh yüksəkliyi verək. Idman mütləq lazımdır.
Gənclərimizi vətənpərvər ruhda böyütdük ki, müharibəni biz qazandıq. Bütün dünya Azərbaycan əsgərinin, gəncinin gücünü gördü.  
Milli Məclisin vitse-spikeri, Azərbaycan Kikboks federasiyasının fəxri prezidenti Adil Əliyevə də öz təşəkkürümü bildirirəm ki, biz idmançılara diqqət göstərir. Bildiyiniz kimi, mən də polis polkovnik-leytenantı rütbəsini daşıyıram.   Fəxr edirəm ki, Azərbaycan polisində xidmət edirəm. Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətinin üzvüyəm.



1898 dəfə oxunub.

Digər xəbərlər
11-03-2018, 17:24 Sabahın Havası

bütün xəbərlər
____ Instagram ___