Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Köçkünlər geri qayıdır: Bakıda evlər ucuzlaşacaq?
Tarix: 07-12-2020 | Saat: 16:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Reportaj | çapa göndər



Bəzi şəxslər iddia edirlər ki, Vətən müharibəsindəki qələbədən sonra məcburi köçkün və qaçqınların bəzilərinin öz doğma yurdlarına qayıtması ilə əlaqədar yaxın gələcəkdə paytaxtda bəzi evlər boşalacaq və daşınmaz əmlak bazarında ciddi ucuzlaşma müşahidə olunacaq.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən əmlak eksperti Ramil Osmanlı bildirib ki, bu proses tam əksinə, bazara ciddi pul axını gətirəcək və nəticədə investisiya həcminin artımı, iqtisadiyyatdakı müəyyən inkişaf qiymət artımına gətirib çıxara bilər:
“İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə bağlı proqramlar mövcuddur. Bu proqrama əsasən, bir müddət sonra həmin ərazilərdə təmir-bərpa işlərinə başlanılacaq. Mərhələli şəkildə məcburi köçkünlərin və qaçqınların həmin ərazilərə köçürülməsi prosesi həyata keçiriləcək. Bu prosesdə diqqət çəkən məqam ondan ibarətdir ki, insanların öz doğma yurduna geri qayıtması nəticəsində paytaxt Bakı və Abşeron ərazisində boş mənzillər meydana gələcək. Bəzi şəxslər hesab edir ki, bu, mənzillərin ucuzlaşmasına gətirib çıxaracaq. Lakin mən belə düşünmürəm. Əksinə, daşınmaz əmlak bazarında daha çox aktivlik artacaq. Çünki bazara qısa dövr ərzində çox böyük vəsaitlər daxil olacaq. Yəni bu, şəhərsalma investisiya layihələri çərçivəsində həyata keçirilən təmir bərpa-işlərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin yenidən daşınmaz əmlak bazarına qayıtması demək olacaq. Nəticədə təbii ki, aktivlik artacaq və bu hal daha çox qiymət artımına səbəb olacaq".
R.Osmanlı kirayə mənzil bazarında bu halın tam əksinin müşahidə ediləcəyini bildirib:
“İşğaldan azad olunmuş torpaqlarımızda məskunlaşma prosesi nəticəsində kirayə mənzil bazarında təklifin artımı baş verəcək. Bu isə kirayə mənzil bazarında nisbi də olsa, qiymət azalmasına gətirib çıxara bilər.
Eyni zamanda kommersiya obyektlərinə tələbat azala və bu səbəbdən icarəyə verilən obyektlərin qiyməti düşə bilər”.





Xəbəri paylaş

5498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___