Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
18 korona xəstəsinə cinayət işi açıldı
Tarix: 02-12-2020 | Saat: 10:30
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə / Həftə-Reytinq | çapa göndər



Daxili işlər orqanları əməkdaşları ölkədə koronavirus xəstələrinin yaşayış yerini tərk etməsinin qarşısını almaq məqsədilə tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, dekabrın 1-də ölkə ərazisində keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən daha 26 aktiv koronavirus xəstəsi aşkarlanıb. Həmin şəxslərdən 24 nəfər evə, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.
Məlumatda qeyd edilir ki, gün ərzində yaşayış yerini tərk etdiyi üçün saxlanılan aktiv koronavirus xəstələrinin 6-sı Bakı şəhərində, 6-sı Bərdə rayonunda, 4 nəfər isə Qazax rayonunda aşkar edilib. Digər aktiv xəstələr isə ölkənin müxtəlif rayonlarında aşkarlanaraq saxlanılıb.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
14-07-2015, 15:49 BALACA UŞAQ SUDA BOĞULDU

bütün xəbərlər
____ Instagram ___