Yol polisi sürücülərə xəbərdarlıq etdi
Tarix: 27-11-2020 | Saat: 12:54
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / M2 / Reportaj | çapa göndər

Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.
Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.
1728 dəfə oxunub.
Digər xəbərlər

25-04-2016, 22:02
Zakir Həsənov: Danışıqlar prosesi nəticəsiz qalıb
24-12-2015, 17:58
Azərbaycanın dini icmaları ABŞ Konqresinə müraciət edib
10-04-2017, 11:08
Xınalığa 30 sm qar yağıb - Faktiki hava
4-08-2016, 21:12
Sabah 8 saat qaz olmayacaq
30-10-2016, 15:10
Bərdədə qadağan olunmuş it döyüşü keçirilir + Video
5-07-2016, 13:22
3 yaşlı uşağın ölüm səbəbi açıqlandı - Ekspertiza
29-03-2016, 11:26
MƏKTƏBİ BİTİRƏ BİLMƏYƏNLƏRƏ ŞAD XƏBƏR
7-08-2015, 11:47
Nazir düşmənin gözü qabağında müşavirə keçirdi
12-06-2020, 09:53
Bakıda gənc iş adamı koronavirusdan öldü
24-02-2016, 17:14
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi