Azərbaycanda Dövlət Bayrağı günüdür
Tarix: 09-11-2020 | Saat: 01:26
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var / Həftə-Reytinq | çapa göndər
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
"Xeberaz.Az" xəbər verir ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycanın şanlı bayrağı işğaldan azad olunmuş tarixi torpaqlarımızda dalğalanır.
Xəbəri paylaş
5488 dəfə oxunub.
Digər xəbərlər

22-04-2015, 17:48
Uşaqlıqdan kənar - boru-yumurtalıq hamiləliyi dünyada hər 10 qadından birinin yaşaya biləcəyi problemdir.Xanımlar mütləq OXUSUN
18-05-2021, 08:58
Nazir 36 il sonra yenidən İsa Bulağında - FOTO
27-08-2022, 07:39
Maşında videosu yayılan keçmiş məktəb direktorundan YENİ XƏBƏR - VİDEO
8-04-2019, 16:47
162 nömrəli məktəbin direktorunun ŞOK SƏS YAZISI yayıldı: “Yazın ki, Elinanın ailəsi pozğun idi”
21-03-2022, 11:30
Azərbaycanda bir ailə dəm qazından zəhərləndi: İkisi azyaşlıdır
17-10-2015, 17:06
Bakıda bu yollarda maşınlar saatda 340 km sürətlə sürüləcək
4-07-2015, 14:37
Bu qəzadan sağ çıxmaq olar ? ANCAQ ONLAR... – (FOTO)
9-12-2016, 20:52
Zaur qızından şikayətləndi: “Bu nə vaxt yatacaq görəsən?”
23-03-2017, 16:27
Bakıda mikroavtobus aşıb: ölən və yaralananlar var
17-09-2016, 18:11
Bu batareya 400 il işləyəcək - Alimlərin yeni kəşfi