Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müharibə Ermənistanı iflasa aparır - Rusiya KİV
Tarix: 03-11-2020 | Saat: 19:16
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Qarabağdan xəbər var | çapa göndər

Müharibə Ermənistanı iflasa aparır -Rusiya KİV

Müharibə silah tədarükçüklərinə nəhəng gəlir gətirsə də, döyüş iştirakçılarını iflasla üz-üzə qoyur. Ermənistanla Azərbaycan arasında münaqişə də bu baxımdan istisna deyil. Dağlıq Qarabağda bir aydan çoxdur ki, davam edən döyüş əməliyyatları kreditlər içində çabalayan Ermənistan iqtisadiyyatını daha da ağır vəziyyətə çatdırıb.
"Xeberaz.Az" xəbər verir ki. bu barədə “rusbankrot.ru” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, bu müddət ərzində Ermənistan 250-dən çox tank, hava hücumundan müdafiə sistemləri, yüzlərlə yük maşını, artilleriya vahidi itirib. Komanda məntəqələrinin və silah anbarlarının məhv edilməsi də ölkə iqtisadiyyatına əhəmiyyətli zərbə vurub.
Mütəxəssislərin hesablamalarına görə, Ermənistanın müharibə itkiləri azı 2 milyard dollar təşkil edir.
Məqalədə bildirilir ki, indi Yerevan qarşısında ciddi sual dayanır: kreditləri necə qaytarmaq? Çünki, yeni borcların alınması, ya da milli valyutanı dəyərsizləşdirmək bahasına yeni pullar çap etmək heç nəyi həll etməyəcək.
Artıq bu ilin iyulunda Ermənistanın dövlət borcu rekord 8 milyard dollar həddinə çatmışdı. “Fitch” reytinq agentliyi bu ilin sonunadək ölkə iqtisadiyyatının defoltla üzləşəcəyini proqnozlaşdırırdı.
Bununla belə Yerevan, xaricdən borc almaq ümidini də itirib, çünki ölkədə müharibə gedir, bundan başqa, koronavirus pandemiyası davam edir, ölkə iqtisadiyyatı hələ də tətbiq olunmuş məhdudiyyətlərdən özünə gələ bilməyib.
Ekspertlər hesab edir ki, Ermənistan rəhbərliyi Rusiya tərəfindən köməyə də ümid etməməlidir, çünki Yerevanın qərbyönümlü kursu Moskvanın ürəyincə deyil. Ölkədə “Rusiya dəmir yolları” və “Qazprom” şirkətlərinin törəmə müəssisələrinə cinayət işlərinin açılması müsbət əhval-ruhiyyəyə xidmət etmir.


Xəbəri paylaş

7178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___