Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,Motivator Azerbaijan layihəsi və Azərbaycan idmançıları ictimai birliyindən orduya dəstək!
Tarix: 31-10-2020 | Saat: 14:20
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Gənclərimiz | çapa göndər

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə,həmçinin təsisçisi biznesmen və ictimai xadim Rüfət Həsənov olan Motivator Azerbaijan layihəsi öz fəxri üzvləri ilə birlikdə(Arif Zeynalov,Cəlal Kəngərli,Aqil Acalov,Sərvər Novruzov,Ağa Piriyev,Camal Xasayev,Elvin Dadaşsoy) və Azərbaycan idmançıları ictimai birliyi(Rafael Ağayev,Zabit Səmədov,Fərhad Acalov,Hacı Əliyev və s) ölkəmizin ərazi bütövlüyü uğrunda davam edən döyüşlərdə qəhrəmancasına vuruşan əsgər və zabit heyyətinə dəstək olmaq məqsədi ilə cəbhə bölgəsinə yola düşdülər.Cəbhə bölgəsində əsgər və zabit heyyətimizin ruh yüksəkliyini görən idmançılarımız hər zaman şanlı ordumuzun yanında olduqlarını və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng gələn anda ordumuzun yanında olmaqdan qürür hissi duyacaqlarını bildiriblər.Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.Bu günlər xalqımızda və ordumuzda çox yüksək səviyyədə olan ruh yüksəkliyi müşahidə olunmaqdadır və XALQ-DÖVLƏT-ORDU birliyinin canlı şahidi oluruq.Təbii ki,bu hər bir damarında azərbaycanlı,türk qanı axan insanı sevidirməyə bilməz. İdeya müəlifi,təsisçisi və aparıcısı Rüfət Həsənov olan Motivator Azerbaijan layihəsinin fəaliyyəti əsasən öz sahələrdində uğur qazanmış şəxsiyyətlərin uğur hekayələri və iş prinsiplərini işıqlandırmağa istiqamətlənmişdir.Ölkəmizdə olan muharibə şəraitinə uyğun olaraq layihə yalnız cəbhədən xəbərlər və şəhidlərin ailələrində çəkilişlər aparmaq ilə məşaquldur.
 
Motivator Azerbaijan layihəsi 27 sentyabr tarixindən etibarən hər həftə cəbhə bölgəsinə yardımlar göndərməyə davam edir.Bu həftə sonunda(17.10.2020 saat 07:00) cəbhəyə çıxış olacaq və bu dəfə sırf 0,5 l. və 1 l. qablaşdırmalarda təmiz su aparılacaq.Qoşulmaq istəyənlər 0552139020 nömrəsi ilə əlaqə saxlaya və ya layihənin instagram hesabına yaza bilər. 
 
 
Qüdrətli Azərbaycan Ordusu xalqımızın güvənc yeri və qürur mənbəyidir !

Video Baxmaq üçün BURA toxun


Xəbəri paylaş

8448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___