Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaralananlardan 8-i uşaq, 15-i qadındır - RƏSMİ
Tarix: 28-10-2020 | Saat: 21:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Reportaj / Qarabağdan xəbər var | çapa göndər

27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.
Respublika Baş Prokurorluğundan verilən məlumata görə, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində  5-i qadın olmaqla, 21 nəfər həlak olub (siyahı əlavə olunur), 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.
2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Bərdə şəhərində həlak olmuş şəxslərin S İ Y A H I S I:
1. 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
2. 1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu
3. 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
4. 1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu
5. 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
6. 1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı
7. 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
8. 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
9. 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
10. 1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu
11. 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
12. 1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
13. 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
14. 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
15. 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
16. 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
17. 1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
18. 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
19. 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
20. 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat edib).



1368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___