İşğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq
Tarix: 21-10-2020 | Saat: 13:37
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / İqtisadiyyat / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər
“Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.
"Xeberaz.Az" xəbər verir ki, paralel olaraq “Azərişıq” ASC də, 35 kV-luq yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımızın yanacaq. Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalıyla Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyirlər.
Qarabağ Azərbaycandır!
Xəbəri paylaş
4558 dəfə oxunub.
Digər xəbərlər

31-10-2022, 10:47
Məktəbdə şagirdə əxlaqsız hərəkətlər edən şəxs həbs edildi - VİDEO
15-02-2018, 18:24
Əmək pensiyalarının hesablara köçürülməsinə başlanılıb
23-05-2018, 22:19
Nuranın keçmiş əri-foto
27-03-2016, 19:02
Bakir olmayan cəmiyyətdə bakirə qadın axtarmaq...
16-06-2016, 12:20
Putin Avropaya yeni mesaj verməyə hazırlaşır
9-05-2020, 14:30
“9 May - bizim ümumi Böyük Qələbə günümüzdür”
25-02-2018, 19:29
Yəhudisayağı ticarətin QIZIL QAYDALARI - Onların niyə çoxlu pulu var?
30-12-2019, 11:44
Zakir Həsənovdan əsgər valideynlərinə ŞAD XƏBƏR
11-11-2021, 11:37
Pərvin Abıyevadan səs-küylü FOTOSESSİYA