Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Karantin rejimi ilə bağlı tədbirlər gücləndiriləcək - Baş Nazir iclas keçirdi
Tarix: 07-10-2020 | Saat: 18:49
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Səhiyyə | çapa göndər

Karantin rejimi ilə bağlı tədbirlər gücləndiriləcək -Baş Nazir iclas keçirdi

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizəni gücləndirmək və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr olunmuş geniş müşavirəsi keçirilib.
"Xeberaz.Az"  xəbər verir ki, müharibə şəraitində ölkədə koronavirusla mübarizənin vəziyyəti və görüləcək tədbirlər müzakirə olunub.
Baş Nazir Əli Əsədov qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır.
Baş Nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl edilməsinə daha ciddi nəzarət edilməlidir.
Müşavirə iştirakçıları karantin rejiminin tələblərinə daha ciddi əməl olunması üçün tədbirləri gücləndirəcəklərini bildiriblər.
Müşavirədə bütün qrumlara koronavirusla mübarizənin gücləndirilməsi üçün müvafiq göstərişlər verilib.
Müşavirədən sonra Baş Nazir Əli Əsədov məsələ ilə bağlı vətəndaşlara müraciət edib.


Xəbəri paylaş

4478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___