Fransanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu
Tarix: 05-10-2020 | Saat: 18:56
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq | çapa göndər
Bu gün qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutdu. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Fransa Xarici İşlər naziri bölgədə baş verən gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. O, Minsk Qrupunun həmsədr ölkələri vasitəsilə məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə qarşı tərəfə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Fransalı həmsöhbətinə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 25 azərbaycanlı mülki şəxsin həlak olduğu və 127 nəfərin isə yaralandığı barədə məlumat verilib.
Fransa Xarici İşlər naziri mülki əhalinin hədəfə alınması və hərbi əməliyyatların coğrafiyasının genişləndirilməsinin yolverilməz olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.
Xəbəri paylaş
7568 dəfə oxunub.
Digər xəbərlər

19-04-2016, 12:41
Neft Fondu 19,9 milyon dollar satdı
23-05-2015, 23:34
Bakı-Qazax yolunda ağır qəza: Sürücü ölüb, sərnişin yaralanıb - FOTO
15-10-2022, 09:21
Tiktokun idmançı qızı: “Nəinki evlilik, hətta sevgili təklifi edən də yoxdur” - FOTO
12-11-2015, 13:21
Bacısının başını kəsən qızın cəzası açıqlandı
16-09-2017, 13:41
Nazir oğlu dəfn olundu
23-03-2015, 19:41
Azərbaycan tərəfə keçən erməni danışdı - FOTO + VİDEO
8-12-2016, 17:23
Feysbuku işğal edən İran gözəli kimdir - Fotolar
22-05-2016, 12:11
Məşhur rejissor rekord vurdu. - FOTO
31-08-2016, 11:07
Gürcüstanın baş naziri Azərbaycana gəlib
31-05-2017, 12:37
Bu aparıcılar Ramazan ayında nə qədər qazanacaq?