Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Koreyadan Qarabağla bağlı mühüm addım
Tarix: 04-10-2020 | Saat: 12:30
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər



Koreyada yaşayan həmvətənlərimiz tərəfindən Cənubi Koreya Prezidenti Administrasiyasının internet səhifəsində yerləşdirilmiş petisiyaya qısa müddət ərzində 100-dən artıq dəstək göstərildiyi üçün Prezident Administrasiyası müraciəti artıq rəsmi nəzarətə götürüb.
Bu barədə  diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Azərbaycan Ordusunun torpaqlarının azad olunması istiqamətində apardığı əks-hücum əməliyyatı və qələbələri dünyada yaşayan soydaşlarımızın birliyini daha da gücləndirib. Cəbhədə uğurlarla yanaşı, informasiya təbliğatında fəallığımızı gücləndirməliyik. Koreyada yaşayan həmvətənlərimiz da Qarabağ həqiqətlərinin çatdırılması ilə bağlı fəallıqlarını artırıblar. Onların təşəbbüsü ilə başladılan petisiyanın Koreya Prezidenti Administrasiyası tərəfindən nəzarətə götürülməsi bir daha göstərir ki, Qarabağ məsələsi rəsmi Seulin diqqətindədir. Bacardığımız qədər petisiyaya daha çox dəstək göstərilməsini xahiş edirəm. Koreya dilini bilən bütün həmvətənlərimizi prosesdə aktiv olmağa çağırırıq. Həmçinin Koreya şirkətləri ilə biznes əlaqələri olan, koreyalılar ilə təmasları olan hər kəsdən xahiş edirəm ki, petisiyanı onlarla bölüşsünlər və haqq işimizə dəstək olmaqda fəallıq göstərsinlər.
Qeyd edim ki, Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetlərində Koreya mərkəzləri fəaliyyət göstərir və həmin universitetlərdə Koreya dili tədris olunur. Koreya dilini bilən tələbələrimiz bu prosesdə aktivlik nümayiş etdirməlidirlər. Bütün cəbhələrdə düşmənə qarşı mübarizə aparmaq lazımdır. Haqq səsimiz dünya ictimaiyyətinə bütün dillərdə çatdırılmalı və düşmənin gerçək siması ortaya çıxmalıdır”.
Petisiyanı BU LİNKə daxil olmaqla imzalaya bilərsiniz.


Xəbəri paylaş

4078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___