Füzuli atəşə tutuldu: İH binasının yaxınlığına mərmi düşdü
Tarix: 04-10-2020 | Saat: 11:41
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Qarabağdan xəbər var | çapa göndər

Cəbhənin Füzuli istiqamətində vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri yenə də mülki əhalini hədəfə alıb.
"Xeberaz.Az" xəbər verir ki, oktyabrın 4-də gecə saatlarında nisbi sakitlik olub. Amma bu gün səhər saat 07:00-dan 09:00-a qədər düşmən Horadiz şəhərini raket atəşinə tutub.
Atılan top mərmilərindən biri Gənclər Evinin qarşısına - Füzuli Rayon İcra Hakimiyyətinin yaxınlığına düşüb. Nəticədə Gənclər Evinə zərər dəyib.
Düşmənin top mərmilərindən biri də Olimpiya İdman Kompleksinin yaxınlığına düşüb. Kompleksə müəyyən qədər zərər dəyib.
Bundan başqa, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) regional bazasının qarşısına da top mərmisi düşüb.
Həmçinin axşam və səhər saatlarında düşmən Füzulinin Şükürbəyli, Alıxanlı kəndlərini də top mərmiləri ilə hədəfə alıb.
İlkin məlumata görə, mülki əhali arasında itki yoxdur.
Azərbaycan Ordusunun əks-həmləsi davam edir.
Qeyd edək ki, dünən axşam saatlarında Beyləqan rayonunun ermənilər tərəfindən raket atəşinə tutulması barədə xəbər vermişdik. Bu gün verilən rəsmi məlumata görə, Beyləqan rayon sakini olan iki bacı - 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olub. İki mülki şəxs isə xəsarət alıb.
2028 dəfə oxunub.
Digər xəbərlər

30-05-2016, 13:11
Ermənilərdən şok təklif - Arazın sol qolu kəsilsin
12-05-2020, 21:11
Tərtərdə Bədbəxt hadisə baş verib 34 yaşlı usda tikdiyi evin tavandan Yıxlaraq ağır bədən xəsarət alıb
8-03-2016, 14:21
Yel çərşənbəsini necə qarşılamalıyıq?
8-08-2017, 12:42
Emrah Karaduman və Rəqsanədən yeni proyekt – FOTO
21-05-2017, 13:18
Niyə 365 gün?
11-11-2016, 11:07
Maaşını ala bilməyən müəllimlərə şad xəbər - Nazirlikdən açıqlama
10-06-2015, 12:50
İlk Avropa Oyunlarının Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasimi üçün bütün biletlər satılıb.
18-03-2017, 10:19
"Fənərbağça"nın futbolçusu oyun zamanı əlini qırdı - VİDEO
28-03-2015, 14:53
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
1-09-2015, 23:59
Türkiyə vəziyyət dəyişdi