Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türk mediası Ordumuzun Suqovuşan qələbəsindən YAZDI
Tarix: 04-10-2020 | Saat: 07:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər

Türk mediası Ordumuzun Suqovuşan qələbəsindənYAZDI


Qardaş Türkiyənin bütün yerli və beynəlxalq xəbər agentliklərində, eləcə də televiziya və radio kanallarında şanlı Azərbaycan Ordusunun zəfəri və Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsindəki yazısı əks olunub.
"Xeberaz.Az"   xəbər verir ki, Türkiyənin nüfuzlu TRT Xəbər, TGRT, Atv, Anadolu Agentliyi, Haber Global, İHA, Haberler.com, A xəbər, Sabah və digər media qurumlarında Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin “Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir” yazısı nəşr edilib və ya səsləndirilib.
“Madagizə Azərbaycan bayrağı sancıldı”, “Azərbaycan 7 kəndi daha işğaldan qurtardı”, “Azərbaycan Prezidenti İlham Əliyev şəxsən elan etdi: Madagiz işğaldan qurtarıldı”, “Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş yeni bölgələri elan etdi”, “İlham Əliyev Madagizin adını Soquvuşan olaraq dəyişdirdi”, “Azərbaycan xalqı torpaqlarının erməni işğalından qurtarılmasını qeyd edir” kimi sərlövhələrlə hazırlanan xəbərlərdə Madagizin tarixi adının bərpa edilərək bundan sonra Suqovuşan adlandırılması, işğaldan azad edilən ərazilərimizin videogörüntüləri və Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubu öz əksini tapıb.Unikal.org


Xəbəri paylaş

4578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___