Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvan Bakını təxribata yox, məhz müharibəyə çəkir – Şərh
Tarix: 21-09-2020 | Saat: 12:51
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər



Azərbaycanın “dqr”lə danışıqlar aparması mümkün deyil. “Dqr” adında dövlət yoxdur, bir qrup terrorçu var, özünə hörmət edən dövlətlər isə terrorçularla danışıq aparmır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazi bütövlüyüdür və Ermənistan tərəfindən işğal edilib.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsini şərh edərkən deyib.
O qeyd edib ki, Prezident İrəvanın sərsəm iddialarına yekun bir cavab verdi:
“Düşünürəm, cənab Prezidentin budəfəki çıxışı bundan öncəki çıxışlarından tam fərqli oldu. Çünki hazırda heç nə əvvəlki kimi deyil. Məsələ ondadır ki, bu gün rəsmi İrəvan aqressiv ritorika ilə çıxış edərək münaqişəyə olan mövqeyini birmənalı ifadə edir. İstər Paşinyanın populist bəyanatları, istərsə də İrəvanın siyasi təxribata əl ataraq, Azərbaycanın Ermənistanla yox, “dqr”lə danışıqlar aparmalı olduğunu iddia etməsi onu deməyə əsas verir ki, münaqişənin danışıqlar yolu ilə həlli mümkünsüzdür.
Ermənistan danışıqların formatını dəyişdirməyə cəhd edir. Biz heç vaxt bununla razı ola bilmərik. Ölkə başçısının dediyi kimi, biz bu yanaşmanı Minsk Qrupunun həmsədrlərindən də gözləyirik”.
Politoloqun sözlərinə görə, Ermənistanın danışıqlardan imtina etdiyi bir zamanda Azərbaycanın münaqişəni həll etmək üçün bir yolu var:
“Cənab Prezident öz çıxışında çox mühüm bir məqama toxundu. Ölkə başçısı əslində bu sözləri ilə Azərbaycanın münaqişəyə baxışını birmənalı olaraq əks etdirdi. Müharibə qaçılmazdır və düşünürəm bu olacaq. Şübhəsiz, biz hər zaman münaqişənin danışıqlar yolu ilə həllini istəmişik, lakin mövcud vəziyyətlə barışmaq olmaz.
Ermənistan bu gün işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşdırma aparır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Cenevrə Konvensiyasına görə, belə bir əməlin heç bir hüquqi əsası yoxdur. Haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir.
Bütün bu və digər məsələlər bir daha onu göstərir ki, Ermənistan bilincli surətdə Azərbaycanı müharibəyə çəkmək istəyir. Baxın, təxribata yox, faktiki bir müharibəyə. Rəsmi İrəvan bu yolla Azərbaycanı hücum edən tərəf kimi göstərib özünü haqsız yerdən haqlı kimi göstərməyə çalışır”.





3248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___