Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah ölkəyə qar yağacaq: səbəb nədir? - Ekoloq
Tarix: 16-09-2020 | Saat: 17:16
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

Son vaxtlar ölkəmizdə müşahidə olunan iqlim dəyişikliyinin bir neçə səbəbi var. Bu səbəblər sırasında sənaye və energetikanın inkişafı da yer alır. Atmosferdə 6 istilik effekti yaradan qaz mövcuddur.
Bu sözləri açıqlamasında ekoloq Müslüm Qurbanov Milli Hidrometeorologiya Xidmətinin 16 sentyabrda bəzi bölgələr üçün verdiyi qar proqnozunu şərh edərkən deyib.
Onun sözlərinə görə, atmosferdəki qazların müəyyən qatılığı var ki, normal temperatur və fəsillərin normal vaxt dəyişməsi bu qatılıq sayəsində baş verir:
“Hazırda atmosferdə xüsusən karbon qazının qatılığı artıb. Bu artım tək ölkəmizdə yox, bütün dünyada iqlim dəyişməsi ilə hiss olunur. Nəticə ondan ibarət deyil ki, haradasa hava temperaturu yüksələcək və ya enəcək, meteoroloji parametrlər də dəyişə bilər. Bilirik ki, okean sularında intensiv sürətdə ərimələr gedir, sahilyanı əraziləri su basır, meşə yanğınları baş verir”.
Ekoloq fəsillərlə əlaqəli iqlim dəyişmələrinin də bu səbəbdən baş verdiyini bildirib:
“Biz qış, yaz, yay və payız mövsümlərinin hər birinin 3 ay müddətinə olduğuna alışmışıq. Amma indi həmin o aylar bir-birinə nisbətən müəyyən dərəcədə sürüşüblər. Təxmini 10-25 gün bir fəsil digərindən daha tez və ya daha gec özünü büruzə verir. Buna misal olaraq ötən günlərin birində ABŞ-ın əyalətlərinin bir neçəsində havanın temperaturunun gözlənilmədən 30 dərəcə aşağı düşməsini və güclü qar yağmasını göstərmək olar”.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
10-09-2017, 09:57 Cəbhədən YENİ XƏBƏR

bütün xəbərlər
____ Instagram ___