Bu aylarda Azərbaycanda koronavirusla bağlı riskli hal yaşana bilər – Müşfiq Məmmədli
Tarix: 14-09-2020 | Saat: 19:36
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə | çapa göndər
“Ölkəmizdə pandemiya ilə mübarizə nəticəsində atılmış addımlar və aparılmış mübarizə tədbirləri öz müsbət nəticəsini verib”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
M. Məmmədli bildirib ki, xəstəliklə mübarizədə əldə edilən müsbət dinamika nəticəsində ölkədə karantin qaydalarının yumşaldılması ilə bağlı addımlar atıldı: “Bu addımlar təbiidir. Bütün dünya məkanına diqqət etsək iqtisadi fəallığın azalması müşahidə olunurdu. Bu karantin tədbirlərinin yumşadılması iqtisadi fəallığın artmasına səbəb oldu. Bununla yanaşı, artıq koronavirusla yaşama modelinə keçid baş verdi. O cümlədən də, Azərbaycanda da müxtəlif qaydalar hazırlandı, ictimaiyyətin istifadə etdiyi müxtəlif ictimai iaşə müəssisələrin, məkanların istifadəsi istiqamətində müxtəlif təlimatlar hazırlandı”.
Millət vəkilinin sözlərinə görə, yumşadılmalar risklərə də yol açır: “Bu zaman yoluxmaların sayının artması və yenidən xəstəxanaların yüklənməsini müşahidə edirik. Məlum olduğu ki, digər ölkələrdə ikinci dalğa artıq özünü büruzə verir. Azərbaycanda da təbii ki, bu halın yaşanması mümkündür. Çünki artıq bildiyimiz kimi, ümumtəhsil məktəblərinin açılması, gələcəkdə ali təhsil müəssisələrində hibrid təhsilə keçirilməsi kimi ehtimallar yoluxmaların sayının artmasına gətirib çıxara bilər. O cümlədən də, soyuq hava mövsumunun başlaması ilə müxtəlif xəstəliklərin artması, immunitetin aşağı düşməsi nəticəsində koronavirusa yoluxmanın sayının artmasına şərait yarada bilər. Bu baxımdan, üç qızıl qayda “sosial məsafə, gigiyenik qaydalara əməl və qoruyucu vasitələrdən istifadə” qaydalarına ciddi əməl etməliyik. Biz bunlara əməl etməklə, koronavirus infeksiyası çox yayılsa belə bunu qarşısını birlikdə ala bilərik. Burada həm dövlətin vahid strukturlarının fəaliyyəti önəmlidir, həm də vətəndaş məsuliyyətinin önəmi hər şeydən daha üstündür. Hər birimiz, bir-birimizi özümüzü qorusaq, dövlət strukturları müvafiq tədbirləri görərsə, hətta xəstəliklərin sayı artsa belə biz onu idarə edə bilərik. Məncə, Azərbaycanda koronavirusun gedişi məhz bu ssenari ilə bu istiqamətdə getməsi ehtimalı daha realdır.
Və bunu da nəzərə çatdırım ki, son statistik məlumatların təhlili, həmçinin də Azərbaycandakı situasiyanın analizi daha riskli halın oktyabrın ortaları ilə noyabrın ayının ortaları arasında bu statistikada yüksəlişin olma ehtimalı halını göstərir. Təbii ki, bu ehtimaldır. Daha fərqli göstəricilər ola bilər. Amma ümumi statistik göstəricilər bu ayları nəzərdə tutur. Yəni oktyabr-noyabr aylatı daha riskli aylardır”.
Gülayə Meci
Xəbəri paylaş
5948 dəfə oxunub.
Digər xəbərlər

15-02-2022, 21:26
Abdin Fərzəliyev:Abşeronda şəhid ailələri ilə görüşdü - FOTO
29-01-2022, 11:18
Xatirə İslamın geyimini bəyənmədilər: "Bu nə zövqsüz paltardır" - FOTO
2-04-2017, 14:11
2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür
6-05-2016, 13:15
Yaxın Şərqdə baş verənlərin səbəbi “Tom və Jerry“dir“
13-09-2022, 11:43
"Ağ şəhər"də metrostansiya TİKİLƏCƏK
30-12-2017, 14:49
Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir
18-08-2023, 19:29
Beş uşaq anası olan Bəyimxanım: “Hər kişi həyat yoldaşı olmağı bacara bilmir” - FOTO
9-07-2017, 17:03
Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfərə gəlib - FOTO
31-08-2021, 09:52
Yük avtomobili aşdı, “20 Yanvar” dairəsi bağlandı - FOTOlar