Yay bitir: qadınlar diqqətli olsunlar – Kosmetoloq
Tarix: 10-09-2020 | Saat: 07:36
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Qadınlar / Səhiyyə / M2 | çapa göndər
İsti yay günləri başa çatandan sonra xanımları ən çox düşündürən məsələlərdən biri də dəriyə qulluqdur. Qadınlar dərinin təravətli və sağlam qalması üçün müxtəlif yollara baş vursalar da, mütəxəssislər peşəkar tövsiyəsinin önəmli olduğunu bildirirlər.
Məsələ ilə bağlı danışan kosmetoloq Leyla Məmmədova bildirib ki, adətən fəsil dəyişiklikləri zamanı dəridə vitaminsizlik, qidasızlıq müşahidə olunur:
“Bununla əlaqədar olaraq dəridə qırışlar yarana bilər. Yay mövsümündən sonra xanımların üz dərisində quruluq, cansızlıq və solğunluq hiss olunur. Yaydan çıxmış dərini qidalandırmaq və vitaminlə təmin etmək üçün qidalandırıcı plazmaliftinq və biorevitalizasiya prosedurları, pilinqlər məsləhət görülür”.
Kosmetoloqun sözlərinə görə, xanımların əsas şikayəti dəri quruluğu ilə bağlıdır:
“Dəri quruduğu zaman qırışlar çoxalır, üz düşür və boşluqlar yaranır. Quru dəri üçün ev şəraitində maskalar müxtəlifdir. Hər bir xanımın individual dərisi var. Bu maska birinə yaxşı təsir etdiyi halda digərinə allergiya verə bilər. Ona görə də bu məsələyə həssas yanaşmaq lazımdır”.
Leyla Məmmədova bildirib ki, son zamanlar sosial şəbəkələrdə kosmetoloji proseslərə dair çoxsaylı reklamlar yerləşdirilir:
“İlk növbədə kosmetoloqun tibbi təhsili olmalıdır. Adi botoks proseduru zamanı üzə iynə yeridilir və həkim üzdəki əzələ və sinirlərin dəqiq yerini bilməlidir. Bunu isə ancaq tibbi təhsil alan həkimlər dərindən bilir. Bu prosedur düzgün yerinə yetirilməzsə, dəridə, ümumiyyətlə, bədəndə böyük fəsadlar əmələ gələ bilər”.
Xəbəri paylaş
7528 dəfə oxunub.
Digər xəbərlər

19-02-2019, 16:23
Azərbaycanda əməliyyat - Basqın zamanı 51 əxlaqsız qadın saxlanıldı
2-05-2016, 15:13
Gəncədə yeni kinoteatr açıldı
15-01-2018, 13:46
Uşaqlarınızın süd dişlərini atmayın! İnanılmaz SƏBƏB
21-09-2015, 22:38
Masaj salonu yox, fahişəxana imiş - Nazirlik məlumat yaydı
16-09-2017, 14:24
Direktor müavininin qızı, müəllimə, hamilə - Acı tale...
24-07-2016, 22:16
Ağ saçları yox edən möhtəşəm resept
4-04-2022, 10:49
Pakistanın Baş naziri İmran Xan istefa verib
4-06-2021, 13:49
Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?
17-12-2016, 16:39
Bakı və Naftalan arasında sürətli qatar xidmətləri göstəriləcək
15-11-2015, 00:55
Əzələsinə kişilərin həsəd apardığı idmançımız: “Xanım kimi də mükəmmələm” - FOTOLAR