Ramiz Mehdiyevin bu vəzifələri də əlindən alınacaq
Tarix: 09-09-2020 | Saat: 11:45
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər
Dövlət başçısı İlham Əliyevin dünən imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib və bununla da Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.
Bu, son günlər həm siyasi çevrələrdə, həm də mətbuatda və sosial şəbəkələrdə personası ətrafında müzakirələr gedən 82 yaşlı Ramiz Mehdiyevin uzaqlaşdırıldığı ikinci komissiyadır.
sab.az
Daha ətraflı
Belə ki, bir neçə gün öncə - Prezidentin 3 sentyabr 2020-ci il tarixdə imzaladığı fərmanla Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri vəzifəsindən də kənarlaşdırılması rəsmiləşmişdi.
Amma bu hələ son deyil...
"Xeberaz.Az" xəbər verir ki, yəqin ki, AMEA prezidentinin daha bir neçə vəzifədən kənarlaşdırılması rəsmiləşəcək.
Bunlardan biri Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının sədri, digəri isə Prezident yanında Heraldika Şurasının sədri postlarıdır. Prosedura görə, hər iki qurumun sədri Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutan şəxs olmalıdır.
Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldığına görə, onun bu iki qurumun da sədrliyindən uzaqlaşdırılması rəsmiləşdirilməlidir.
Ramiz Mehdiyev hazırda həm də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür.
Bundan başqa, o, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini tutduğu da məlumdur.
Xəbəri paylaş
8258 dəfə oxunub.
Digər xəbərlər

17-09-2020, 10:11
Nazirlik cəbhədəki son vəziyyətlə bağlı MƏLUMAT YAYDI
26-08-2015, 15:25
Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür
12-06-2016, 12:37
Əməkdar artistin qızının “18-50 yaşlı kişilərlə seks…” həyatı — FOTO
1-10-2017, 19:57
Stresslə mübarizədə vanilin beyinə təsir edən xoş ətri
2-04-2017, 21:02
“Karyeramı bitirmək ölümə bərabərdir” - Venger
28-05-2017, 18:57
Qəhvənin insan orqanizminə İNANILMAZ TƏSİRİ
23-05-2016, 11:58
Obama qərar verdi: Embarqo ləğv edildi
30-08-2022, 11:27
Mingəçevirdə 16 yaşlı gənc ad günündə Kürdə boğularaq ölüb
12-12-2015, 12:42
İrəvanda etirazlar davam edir