Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabirabadda arvadını öldürən şəxs tutuldu
Tarix: 05-09-2020 | Saat: 14:32
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər



Sentyabrın 4-də saat 15 radələrində Sabirabad rayonu, Qəzli kəndi ərazisində 1976-cı il təvəllüdlü Mətanət Nuriyevanın bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabirabad Rayon verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin əri 1939-cu il təvəllüdlü Yaqub Eyyubovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Mətanət Nuriyevaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Yaqub Eyyubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş

1 2448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___