Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşsiz vətəndaşlar üçün ŞAD XƏBƏR
Tarix: 03-09-2020 | Saat: 15:26
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

İşsiz vətəndaşlar üçünŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.
Nazirlikdən verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.

Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:
1.Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)16.Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 
2.PVC qapı və pəncərə hazırlanması17.Brolyer inkubatoru
3.Kişi bərbərxanası18.Qadın gözəllik salonu
4.Avtoyağlama19.Avtomobil şinlərinin təmiri
5.Kompüter oyun salonu20.Avtoyuma
6.Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)21.Avtoçilingər
7.Dizayner22.Dülgər
8.Dəmirçi23.Dönərçi
9.Avtotornaçı (tokar)24.Yem üyütmə xidməti (mini yem dəyirmanı)
10.Parket və taxta döşəmə cilalanması25.Yun darama
11.Avtoelektrik26.Naxış vurma
12.Meyvə qurutma27.Təlim-tədris
13.Fitnes (idman)28.Musiqiçi
14.Poliqrafiya xidmətləri29.Ayaqqabı təmiri və istehsalı
15.Foto xidməti30.İstixana
Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər: [email protected][email protected] mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.


Xəbəri paylaş

2 4508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___