Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BNA-nın qalmaqallı açıqlamasına lağlağı - Reaksiyalar
Tarix: 03-09-2020 | Saat: 15:19
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Maraqlı | çapa göndər


BNA-nın şöbə müdiri Hikmət Babayevin taksilərin ucuz olması və onlardan yalnız imkanlı şəxslərin istifadəsi üçün şərait yaradılması gərəkdiyi barədə açıqlaması ilə bağlı tanınmış şəxslər sosial şəbəkələrdə maraqlı fikirlər yazıblar.
Elçin Alıoğlu: Babayevə məsləhətim budur ki, daha yaxşı bildiyi sahədə çalışsın - məsələn, “Səba” şirkətində. Yaxşı quşçu olar bu “dərin intellektual” cənabdan.
Vüsal Məmmədov: BNA tərəfdən buraxılan dünənki nəhəng quş bir daha göstərdi ki, müxtəlif səviyyəli vəzifələrdə sadə xalqın yaşamını və qayğılarını bilən insanların əyləşməsi dövlətçilik baxımından nə qədər vacibdir.
Xəyal Məmmədxanlı: Bir də görürsən ki, hamı ailəsi ilə şəhərdə gəzir, uşaqları attraksionlara mindirir, popkorn alıb yeyirlər, halbuki bulvarda gəzmək sadə vətəndaşın işi deyil, onun üçün məhəllə arasında meydançalar var. Əslində bu, bir az imkana bağlı məsələdir. Bunu vərdişə çevirmək düzgün deyil.
Qan Turalı: Bir də görürsən ki, bozbaşın əvvəlcə ətini yeyirlər, sonra suyuna çörək doğrayırlar. Halbuki yeməyə ətlə başlamaq müəyyən imkanlara bağlı olmalıdır və bozbaşı gündəlik nahara çevirmək düzgün deyil.
Qismət Rüstəmov: Fikir verin, şair “Bir axşam taksidən düşüb payıza...” deyəndə, “bir axşam” deyir, “hər axşam” yox!
Nura Suri: Kasıbların niyə vərdişi olsun ki?
Kənan Yusif: Bundan sonra taksiyə zəng edəndə musiqili dialoq olacaq.
- Pulun var?
- Var, var.
- Pulun var, gələrəm.
- Bilirəm, gələrsən..
- Qoy kasıbı “Bus” aparıb, tezliklə rədd eləsin. Səni isə mən aparım, pullarını qoparım...
Qeyd edək ki, Hikmət Babayev taksi qiymətləri ilə bağlı açıqlamasında “taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu belə olmalı deyil. Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olan bir şeydir: yəni taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur” deyib.




8978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___