Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramiz Mehdiyevin intizarda qoyduğu sabiq rabitə nazirinin ondan öyrənmədikləri – VİDEO – FOTO
Tarix: 01-09-2020 | Saat: 14:22
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər


Sabiq rabitə naziri Siruz Abbasbəyli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevlə bağlı maraqlı təəssüratlarını bölüşüb.
Bu barədə PostNews.Az-a danışan S.Abbasbəyli hazırda təzyiqlərə məruz qalan Ramiz Mehdiyevlə müstəqilliyimizi yeni əldə etdiyimiz bir vaxtda olan görüşü xatırladıb:
“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırkı prezidenti Ramiz Mehdiyevlə görüşmək qərarı aldım. Onunla təxminən 1970-ci illərdən tanışıq. Köməkçisi Asya xanıma zəng edib, Ramiz müəllimlə görüşmək istədiyimi bildirdim. Yarım saat sonra zəng edərək, görüş vaxtını bildirdilər. Kağız-kuğuzu yığıb, Ramiz müəllimin yanına getdim. Çox yaxşı qarşıladı. İndi hərə bir cür danışır. Yıxılana balta vurmaq məsəli olmasın, hər insanın mənfi və müsbət cəhətləri var. İdeal insan yoxdur.
Məsələmizə qayıtsaq, sənədləri Ramiz müəllimə təqdim elədim. Hər şeydən xəbəri olmasa da, bəzilərindən xəbərdar idi. Qalanlarını da mən məlumatlandırdım. Təxminən 53-54 yaşım var idi. İşdən isə təqribən 50-51 yaşında çıxmışdım. 20 Yanvar hadisəsi zamanı Mərkəzi Komitənin işçiləri, yəni Ramiz müəllimlə bir yerdə olmuşduq. Bununla bağlı bəzi nüansları yadına saldım. O da məni 1973-cü ildə partiyaya qəbul etdiyini xatırlatdı. Həmin vaxtı Ramiz müəllim o zamankı “26 Bakı Komissarları”, indiki Səbail rayon İcra hakimiyyətinin başçısı idi. O, Mərkəzi Komitənin katibi olanda isə onunla ideologiya üzrə çox sıx əlaqə qururdum. Çünki rabitə şöbəsinə rəhbərlik etdiyim üçün müəyyən poçt markaları buraxırdıq. Mən rabitə naziri vəzifəsinə təyin olunandan sonra yenə də Ramiz müəllimlə əlaqəmiz davam etdi. Ulu Öndərimiz Heydər Əliyevə, Respublikaya aid olan markaların dizaynını onunla razılaşdırırdım. Ona bunları xatırlatıb, təşəkkür etdim. Bildirdim ki, mənə hər şeyi öyrətmisiniz, təkcə öyrətmədiyiniz isə rüşvət alıb-verməkdir. Yəni səmimi söhbətimiz oldu. Dedi ki, mən cənab prezdentimizlə danışaram və sənə bir-iki günə məlumat verərəm. Həmin bir-iki gün bu günə qədər davam edir”.
Məlumat üçün bildərək ki, bir müddət əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev nəvəsinə toy mərasimi keçirərək, hal-hazırda Azərbaycanda davam edən koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimini pozub. Bu səbəbdən Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə və qudası Rövşən Mustafayevə hökm oxunub və bu, ictimaiyyətin qınağına səbəb olub.
Qeyd edək ki, tezliklə sabiq rabitə naziri Siruz Abbasbəylinin geniş müsahibəsini PostNews.Az xəbər portalında izləyə bilərsiniz.

FUAD MƏDƏTOV




Xəbəri paylaş

1 9108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___