Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
Tarix: 29-08-2020 | Saat: 13:07
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq | çapa göndər

"Ombudsmana şans verilməsini istərdim"- Çingiz Qənizadə
“Həyatda səhvsiz insan olmur. Ombudsman Səbinə Əliyevanın məlum toy hadisəsindən sonra bu günə kimi susqunluğu onun səhvini etiraf etməsi kimi başa düşülməlidir”
"Xeberaz.Az" xəbər verir ki, bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlum toy qalmaqalından sonra Ombudsman Səbinə Əliyevanın bəzi mətbuat səhifələrində hədəf olaraq götürülməsinə münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, Səbinə Əliyeva bir ildir ki, Ombudsman təyin olunub: “Onu da nəzərə alaq ki, Səbinə xanım bir il olar Ombudsman vəzifəsinə təyin olunub. Gənc və savadlı kadrdır. Bir il müddətində də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı müəyyən addımların atmasının şahidi olmuşuq. Qeyd edək ki, Səbinə xanım o toya tək yox, həyat yoldaşı ilə gedib. Bu Azərbaycan mentalitetidir və o həyat yoldaşının dəvəti ilə toyda iştirak edib”.
Çingiz Qənizadə ombudsmanın susqunluğuna da aydınlıq gətirib: “Nəzərə alaq ki, Səbinə xanım bununla bağlı mətbuata özünə haqq qazandıran, cəmiyyəti və jurnalistləri qıcıqlandıran müsahibələr vermədi. Susqunluğu onun peşmançılığıdır. O baxımdan da Səbinə xanımın üzərinə getmək, onun istefasını tələb etmək və mətbuatda müzakirə olunmasının tərəfdarı deyiləm. Səhvsiz insan yoxdur. Hesab edirəm ki, onun bu vəzifədə fəaliyyətini davam etdirməsi üçün ona şans verilməlidir”.


Xəbəri paylaş

1 5488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___