Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkili də “nəvə toyu”nda iştirak edib? - Açıqlama
Tarix: 27-08-2020 | Saat: 13:37
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma | çapa göndər



Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin keçmiş deputat İlham Əliyevin qızının (akademij Ramiz Mehdiyevin nəvəsinin) toyunda iştirak etməsi haqda KİV-də yayılan xəbər doğru deyil.
Bunu Axar.az-a millət vəkili B.Əliyevin köməkçisi Vüqar Abduləzimov deyib. O bildirib ki, bu məlumatlar qərəzli olaraq yayılıb:
“Kimlərinsə Bəxtiyar Əliyev haqqında uydurma məlumat yayması başadüşülən deyil və bu məlumatları qətiyyətlə təkzib edirik. Nəzərinizə çatdırıram ki, Bəxtiyar Əliyev məlum toyun keçirilməsi ilə bağlı məlumat yayıldıqdan sonra mətbuata açıqlamasında xüsusi karantin dövründə toyun keçirilməsinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiya ilə mübarizə məqsədilə qəbul olunan qaydalara zidd olduğunu bildirib və bu halın təəssüf doğurduğunu qeyd edib. B.Əliyev vurğulayıb ki, hər bir vətəndaşın, xüsusilə də deputatların, dövlət qulluqçularının vəzifəsi karantin rejiminə nəinki riayət etmək, həm də şəxsi nümunə olmaqdır. Lakin kimlərsə hansısa məqsəd güdərək, bu cür qərəzli və uydurma məlumat yayır. Bir daha diqqətinizə çatdırıram ki, pandemiya başlayandan bu günə qədər Bəxtiyar Əliyev heç bir toy mərasimində iştirak etməyib”.


Xəbəri paylaş

1 1748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___