Polisdən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR (FOTO)
Tarix: 25-08-2020 | Saat: 18:48
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən bir neçə gün əvvəl həyata keçirilən əməliyyat nəticəsində 1 kiloqramdan artıq narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu üçün saxlanılan Məcid Şamilovun həmin maddələri əldə etdiyi şəxs də tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən əməliyyat zamanı ona narkotik vasitələri Abşeron rayon sakini Anar Bayramov tərəfindən verildiyi məlum olub. Anar Bayramov polislər saxlayan zaman o, ifadəsində İranda yaşayan şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin pulunu müxtəlif yollarla Azərbaycandan İrana göndərən Astara rayon sakini Vahid Rəcəbov da saxlanılıb.
Faktla bağlı hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
1 4258 dəfə oxunub.
Digər xəbərlər

24-11-2021, 08:33
Vaksin vurduranlara pul verilə bilərmi? - Operativ Qərargah rəsmisindən AÇIQLAMA - VİDEO
25-07-2017, 12:25
Emin əkizləri ilə belə dincəlir – fotolar
5-11-2016, 22:47
Kredit götürdü, dünyasını dəyişdi - Borcu kim ödəməlidir? - VİDEO
14-08-2023, 11:48
Azərbaycanda dəhşətli istilər bu tarixədək davam edəcək
13-04-2015, 00:51
Klaviatura niyə əlifba sırası ilə deyil?
10-04-2017, 13:17
"OO" seriyalı nömrələr satışda - 7 mindən 170 minə qədər (QİYMƏTLƏR)
28-11-2016, 23:01
Yeni qərarla işıq və qaz pulu necə hesablanacaq? - VİDEO
16-08-2015, 19:31
Fransız pilotlar 26 çemodan narkotiklə yaxalandılar
25-07-2016, 11:58
Ən qəribə ölümlər