Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Yerində olmayan vəzifəli şəxslər...” – Millət vəkili
Tarix: 18-08-2020 | Saat: 13:42
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual | çapa göndər

“Yerində olmayan vəzifəli şəxslər...”– Millət vəkili

“Dünyaya Qarabağdakı abidərimizə erməni vandalizmindən danışırıqsa, bu işə ilk olaraq özümüzdə olanları qorumaqla başlamalıyıq”. 
Bu sözləri  açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, abidlərin bəzilərinin sıradan çıxması, eləcə də onlara bu cür laqeydlik Mədəniyyət Nazirliyində son illərdə yaranmış durumla əlaqəlidir. 


“Biz işğal altında olan torpaqlarımızı arzulayırıq, bunun üçün qan tökürük, şəhid veririk. Lakin əlimizdə olan torpaqlara verdiyimiz dəyər bizi bir az düşündürməlidir. Biz bu işə əlimizdəki torpağa dəyər verərək başlamalıyıq. Əgər laqeydlik göstəririksə, deməli duyğularımızda müəyyən problem var. Vətən torpağının hər qarışında bu qayğını göstərməliyik, - deyən deputat qeyd edib ki, abidələrə münasibət də elədir. 
F.Mustafa vurğulayıb  ki, məscidlərimizin dağıdılması, abidələrimizin məhv edilməsi ilə bağlı erməni vandalizmi tez-tez misal çəkilsə də, bir çox hallarda özümüzdə olan müəyyən abidərə münasibətdə laqeydlik göstərilir. 
“İnsafən qeyd edək ki, Prezident səviyyəsində, birinci Vitse-prezident səviyyəsində abidələrin qorunmasına həssaslıq kifayət qədər yüksəkdir. Həm paytaxt Bakıda, həm də digər bölgələrimizdə tarixi və mədəniyyət abidələrinə vəsait ayrılır və təmir edilir. Lakin Mədəniyyət Nazirliyində son illərdə yaranmış durum total bir laqeydliyin olduğunu göstərdi. Məhz bunun nəticəsində də abidlərin bəziləri sıradan çıxıb. Hesab edirəm ki, bu məsələdə mətbuatın da rolu böyükdür. Neqativ halları qaldırmaq və cəmiyyətə göstərmək, müvafiq qurumları qınamaq lazımdır. Bütün vəzifəli şəxslər öz işlərini düzgün yerinə yetirsəydilər, əhali bu qədər sıxıntılı və acınacaqlı vəziyyətdə yaşamazdı. Laqeyd və yerində olmayan vəzifəli şəxsləri işlərinə vicdanla yanaşmağa müəyyən dərəcədə məcbur etmək üçün mətbuat vətənpərvər cinah kimi ən aktiv rol almalıdır”, - deyə millət vəkili vurğulayıb.





Xəbəri paylaş

1 3058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___