Sumqayıtda hamilə qadını əri boğaraq öldürülübmüş
Tarix: 08-08-2020 | Saat: 13:54
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Reportaj | çapa göndər

Avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olmuşdur. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
"Xeberaz.Az" xəbər verir ki, araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
9738 dəfə oxunub.
Digər xəbərlər

6-01-2017, 11:23
Fotoaparatının kreditini ödəyə bilmədi, özünü asdı - BAKIDA FACİƏ
22-03-2020, 14:33
Azərbaycanda fəlaiyyət göstərən jurnalistlərə MÜRACİƏT
3-07-2020, 17:54
Bu rayonlarda da 190 manat VERİLƏCƏK
7-03-2017, 12:28
Mehriban Əliyeva Milli Məclisdə - Alqışlarla qarşılandı
15-09-2015, 15:36
Ata-anası çanta ala bilmədi, şagird özünü asdı
26-10-2016, 21:09
Fuad Poladov istefa ərizəsi yazdı - “AzDrama”da qalmaqal
24-12-2015, 17:28
Putin tapşırıq verdi: Kadırovun neft şirkəti olacaq
26-10-2017, 16:35
Avtobuslarda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA
12-04-2018, 15:20
Azərbaycana 40 min dollarlıq narkotik gətirən şəxs tutuldu - FOTO