Oğuzda narkotik becərənlər polisə atəş açdı - Fotolar
Tarix: 03-08-2020 | Saat: 11:29
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar. Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb.Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub. Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
1 0968 dəfə oxunub.
Digər xəbərlər

10-01-2016, 21:56
Azərbaycan - Rusiya sərhəddində izdiham – FOTO
20-06-2017, 13:17
Quranda buyurulur ki, "xiyar, sarımsaq, mərci, banan..."
15-12-2022, 11:30
Azərbaycanda DƏHŞƏT: Sərxoş ata oğlunu güllələdi
16-07-2017, 15:05
Həftənin ilk iş günü üçün HAVA PROQNOZU
27-10-2016, 12:55
"Eybəcərsiniz, Azərbaycanın Bülent Ersoyu" - Yeni görkəmli Rəqsanəni yıxıb-sürüdülər / FOTO
3-12-2021, 09:25
Gələn ilin bayram günləri açıqlandı
25-12-2017, 17:17
Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
18-02-2016, 20:59
Məşhur restoran əxalqıszlıq yuvası imiş - FOTOLAR
11-06-2019, 14:20
Yol polisinin tələbəsi Moskvada ermənini məğlub etdi - FOTO - VİDEO
3-08-2015, 15:41
Səmada o gizli qüvvə belə göründü - Hər kəs qorxuya düşdü - VİDEO